"Stokport"un baş məşqçisinin köməkçisi Endi Manqan "Real"ın təklifini qəbul etsə də, orada işləyə bilməyəcək. Sport24.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, ingilis mütəxəssis bu il Karlo Ançelottinin məşqçilər korpusunda təmsil olunacaqdı.
Lakin Böyük Britaniyanın Avropa İttifaqından çıxması səbəbindən ona iş icazəsi verilməyib. Bu səbəbdən Manqan "Stokport"da qalıb.
Qeyd edək ki, İspaniyada iş icazəsi almaq üçün doqquz aya qədər gözləmək lazımdır.