top
İnanıram ki, bu futbolçularla daha yaxşı nəticələrə nail ola bilərik Sport24.az
21 aprel 2025, 11:49
- +

İnanıram ki, bu futbolçularla daha yaxşı nəticələrə nail ola bilərik

17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirindəki çıxışı dəyərləndirib. Sport24.az xəbər verir ki, baş məşqçi ilk olaraq Estoniya yığmasına qarşı keçirilən son matçla (1:2) bağlı fikirlərini bildirib:


"Estoniya ilə oyunda gözləntimiz qələbə idi. Ancaq UEFA İnkişaf Turnirində heyətdəki 20 futbolçunun hamısına minimum 90 dəqiqə şans vermək məcburiyyətində idik. Bu səbəbdən ilk iki matçda az oyun dəqiqəsi əldə edən uşaqlara şans verdik. Ümumi götürdükdə üstünlük bizim tərəfimizdə idi. Təəssüf ki, fərdi səhvlərdən iki qol buraxdıq. Əlimizə düşən saysız-hesabsız fürsətləri isə qolla tamamlaya bilmədik. Bu da oyunçuların fərdi keyfiyyətlərindəki və texniki bacarıqlarındakı çatışmazlıqdan qaynaqlanır. Problemləri aradan qaldırmaqdan ötrü zamana ehtiyac var. Ancaq milli komandada bunların üzərində çalışmaq üçün vaxtımız olmur. Millidə işimiz sırf taktiki gedişlər üzərində qurulur. Futbolçular klublarında bu problemi aradan qaldırmağa çalışmalıdırlar".

 

Aqil Nəbiyev U-17-nin inkişafda olduğunu vurğulayıb:

 

"Bu, bizim ikinci toplanışımız idi. Əvvəlki hazırlıqla budəfəki toplanış arasında böyük fərq hiss etdik. Uşaqlarda inkişaf var. İnanıram ki, bu futbolçularla daha yaxşı nəticələr əldə edə bilərik. Gürcüstanla oyun komandanın potensialının olduğunu göstərdi. Sadəcə olaraq, uşaqlar beynəlxalq oyun təcrübəsinin azlığından əziyyət çəkirlər. Ümid edirəm ki, seçmə mərhələ matçlarına qədər hər şey yaxşılığa doğru gedəcək".


Qeyd edək ki, U-17 millimiz UEFA İnkişaf Turnirində Moldova (0:1), Gürcüstan (1:0) və Estoniyanın (1:2) müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 15:42

Neftçi İdman Klubunun yeni loqosu

Boks
Bu gün, 15:36

Tayson Fyuri karyerasını başa vuracaq

Futbol
Bu gün, 15:12

“Əl-Hilal” Dembele transferini reallaşdırıb reallaşdırmayacaq

Qarabağ FK
Bu gün, 15:00

Arsenalın yeni səfər forması

Futbol
Bu gün, 14:45

Norveç Futbol Assosiasiyası FIFA-nı siyasətə müdaxilədə ittiham etdi

Futbol
Bu gün, 14:40

Henri Anyer: "Zirə" böyük qüvvə ilə irəli atılacaq

Futbol
Bu gün, 14:36

Darvin Nunyes MLS-ə gedə bilər

Futbol
Bu gün, 14:20

Almaniya millisinin yeni baş məşqçisi Yurgen Klopp oldu

Futbol
Bu gün, 14:00

Pep Qvardiola İtaliya millisinə rədd cavabı verib

Futbol
Bu gün, 13:40

Nikolas Otamendi Argentina millisindən getdi

Futbol
Bu gün, 13:38

Per Mertesaker Almaniya Futbol İttifaqında yeni vəzifəyə təyin olunacaq

Futbol
Bu gün, 13:23

Yevgeni Lovçev: “İnfantino bütün futbolu biabır etdi”

Qarabağ FK
Bu gün, 13:20

Azərbaycanın UEFA reytinqində mövqeyi

Qarabağ FK
Bu gün, 13:09

CSKA Sofiya azarkeşlərini “Qarabağ”a qarşı cavab oyununa çağırdı

Minifutbol
Bu gün, 13:02

Azərbaycan İdman Akademiyasının futzal komandası Avropa Universitet Oyunlarının finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 12:52

2026-cı il dünya çempionatının rəmzi komandası açıqlanıb

Futbol
Bu gün, 12:40

İnter Kristian Romeronu heyətinə cəlb etməyə hazırlaşır

Qarabağ FK
Bu gün, 12:23

“Çelsi” azarkeşləri Dastan Satpayevin komandada qalmasını istəyir

Futbol
Bu gün, 12:15

„Arsenal“ 2026/27 mövsümü üçün yeni səfər formasını təqdim edib

Futbol
Bu gün, 12:00

Veysəl Rzayevin futbola qayıdışı tez olmayacaq

Futbol
Bu gün, 11:54

PFL-də prezident seçkiləri keçiriləcək

Futbol
Bu gün, 11:40

Roma Antonio Nusani transferi üçün danışıqlara başladi

Futbol
Bu gün, 11:28

Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olub

Futbol
Bu gün, 11:20

Napoli argentinalı futbolçu Esekiel Sebalyosu transfer edə bilər

Oxşar xəbərlər