top
İmişlinin texniki məğlubiyyəti: Mürsəlov səhvi qəbul etdi, Qarabağ təcrübəsini xatırlatdı Idman.biz
16 sentyabr 2025, 22:28
- ↺ +

"İmişli"nin texniki məğlubiyyəti: Mürsəlov səhvi qəbul etdi, "Qarabağ" təcrübəsini xatırlatdı

"Qarabağ" kimi komandanın da başına belə hadisə gəlib. 2018-ci ildə protokolda adı olmayan Abbas Hüseynov meydana buraxılmışdı. Nəticədə "Qarabağ" texniki məğlubiyyət aldı. Amma onlar daha da möhkəmləndilər. Mən də məsələyə bu cür yanaşıram".

İdman.biz xəbər verir ki, bunu Teleqraf.az-a açıqlamasında "İmişli"nin icraçı direktoru Aqşin Mürsəlov deyib.

Klub rəsmisi Azərbaycan Premyer Liqasının IV turunda "Sumqayıt"la 1:0 hesabı ilə başa çatan oyunda adı protokolda olmayan futbolçu İbrahim Əliyevin meydana buraxılmasına görə texniki məğlubiyyət almalarıdan danışıb.

O, səhvə yol verən əməkdaşa heç bir cəza verilməyəcəyini qeyd edib: "Texniki səhvdir. Bizim saytda və qrupda paylaşılan fotolarda futbolçunun adı qeyd olunmuşdu. Sadəcə internet problemi səbəbindən sistemə düşməmişdi. Planlaşdırılmış bir şey deyil. İşdən çıxarmalı, güllələməli deyilik. Hər kəs dərs çıxardı".

İcraçı direktor məsuliyyəti öz üzərinə götürüb: "Əslində məsuliyyət tam olaraq mənim üzərimdədir. Klub rəsmisi olaraq hər səhvə görə mən cavabdehəm. İşçilərimizin Premyer Liqa təcrübəsi yoxdur. Bu, normaldır. Belə səhvlər təbii ki, komandaya həm maddi, həm də mənəvi zərər vurur. Amma hər kəs üçün böyük təcrübə oldu. Bundan sonra aidiyyəti olmayan həkim və ya administrator da baxacaq ki, protokol düzgün yazılıb, ya yox".

Mürsəlov AFFA İntizam Komitəsinin qərarını gözlədiklərini deyib: "Hələ müvafiq qərar çıxmayıb. Təbii ki, appelyasiya şikayəti verməyi düşünürük. Ümid edirəm, bizim lehimizə qərar veriləcək. Hazırda 7 xalımız var. Oyunu qazanmışıq. Azarkeşlər sona qədər bizi dəstəklədi. Görünür, komanda pilləli şəkildə inkişaf edir. Çempionatın debütantı olsaq da, autsayder deyilik. Yaxşı komanda formalaşdırmışıq. Hadisədən Baş məşqçi də məyus oldu.

Oyunu udmuşuq. Kağız üzərində nəticə dəyişə bilər, amma meydanda qalib gəlmişik. Nə qədər bədbin hisslər olsa da, biz sevinirik ki, belə bir komandamız var".

Qeyd edək ki, "İmişli" Azərbaycan Premyer Liqasının IV turunda "Sumqayıt"la matçın 67-ci dəqiqəsində adı PFL-nin protokolunda olmayan İbrahim Əliyevi meydana buraxıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər