top
İmişlinin stadion problemi: Komanda Bakıya köçürülə bilər? Qol.az
29 aprel 2025, 14:34
- +

"İmişli"nin stadion problemi: Komanda Bakıya köçürülə bilər?

Uzun illərdən sonra Premyer Liqaya vəsiqə qazanan "İmişli"nin stadionla bağlı ciddi problemləri var.  Hazırda klub rəhbərliyi bunun həlli istiqamətində işlər gördüyünü deyir.

"İmişli"nin icraçı direktoru Aqşin Mürsəlovun QOL.az saytına bildirdiyinə görə, stadionun mülkiyyət hüququnu ala bilmədikləri üçün arenanın təmirinə böyük maliyyə vəsaiti ayırmaq risklidir:

"Stadionun mülkiyyəti MKT Şirkətlər Qrupuna məxsusdur. Biz onlara da müraciət etmişik, AFFA-ya da. Bildirmişik ki, ev oyunlarımızı İmişli şəhər stadionunda keçirmək istəyirik. MKT-yə ona görə müraciət etmişik ki, stadionu təmir etsinlər və biz də onlardan icarəyə götürək. Çünki yer onlarındır. Təmir edib bizə versələr, icarə haqqı olaraq ciddi məbləğ ödəməyə hazırıq. Bizim olmayan mülkə ciddi vasait qoymaq risklidir. Sabah icarə haqqını qaldıra bilərlər, yaxud da başqa bir şey olar, xərclədiyimiz vəsait bata bilər. Rayon rəhbərliyi, İmişlidən olan iş adamları və rayonumuzun deputatına da müraciət etmişik. Dəstək olsunlar ki, bu məsələni həll edək. Ötən ildən bəri stadiona 150-200 min manat vəsait xərcləmişik. Amma hələ də çox iş görülməlidir. Qoyduğumuz vəsaitdən 5-10 dəfə artığı lazımdır ki, problemlər aradan qaldırılsın". 

Aqşin Mürsəlov

İmişli şəhər stadionunda əsaslı təmir işləri aparılmalı olduğunu deyən klub rəsmisi bildirib ki, əsas məqsəd ev oyunlarını bu arenada keçirməkdir: "Stadioun 20 ildir ki, tikilib və uzun müddət istifadə olunmayıb. Ona görə də ciddi təmirə ehtiyacı var. Ot örtüyü dəyişməlidir. Bazanın daxilində də xırda problemlər var. "Qəbələ"nin akademiyasında çalışan mütəxəssisi gətirmişdik ki, ot örtüyünə baxsın. Bizə yeniləmə ilə bağlı siyahı verdi. Məsələ tək ot örtüyündə deyil, əsaslı təmir aparılmalıdır. Akdademiyamızla bağlı da işlər görmək lazımdır. Bunlar isə uzun vaxt aparan işlər deyil. Çünki infrastruktur var. Məsələ belədir ki, biz hətta maliyyə vəsaitini tapıb bu işləri görsək də, yenə bu stadion bizim olmur. Bu qədər xərc çəkəndən sonra sabah stadionun sahibi deyə bilər ki, mən buranı zavod edirəm, yaxud da başqa bir şey. Bizim də hüquqi baxımdan edə biləcəyimiz bir şey olmayacaq. Ona görə də biz bunu kökündən həll etməliyik. Bu sarıdan bir az çətinliyimiz var. Amma inanıram ki, həll edəcəyik. Futbol azarkeşlərlə gözəldir. Azarkeşlər də təmsil olunduğun bölgədə olur. Bizim də məqsədimiz odur ki, öz stadionumuzda problemləri həll edək və oyunlarımızı İmişlidə keçirək. Bu barədə işlər gedir. AFFA da 1 il vaxt verib ki, problemləri aradan qaldıraq. Bilirsiniz ki, AFFA-nın İnkişaf Strategiyasında bölgələrdə uşaq futbolunun işkişafı və bunun üçün stadionların inşası məsələsi də var. Biz də buna görə AFFA-ya müraciət etmişik. Hələ ki, gözləyirik, cavab verilməyib". 

A.Mürsəlov onu da qeyd edib ki, Premyer Liqanı tərk etmək ehtimalı böyük olan "Səbail"in ev oyunlarını keçirdiyi "ASCO Arena"dan da istifadə edə bilərlər. Ancaq komandanın orada oyun keçirməsi yox, məşqlərini etməsi nəzərdə tutulur:  "Orada sadəcə olaraq bəzi səfər oyunlarından əvvəl məşqlərimizi etməyi nəzərdə tutmuşuq. Həm də seçimlər etmək üçün o stadiondan istifadə etmək olar ki, futbolçular daha İmişliyə gəlməsin. Yəqin ki, "ASCO Arena" üçün çoxları müraciət edəcək. Biz orada sırf məşq etməyi nəzərdə tuturuq. Məsələn, "Zirə" il oyunumuz olan həftə orada oyuna hazırlaşa bilərik. Təbii ki, bunlar çıxış yolu deyil. Sadəcə olaraq müvəqqəti bir yoldur. Stadion məsələmizi köklü şəkildə həll etsək, bunların heç birinə ehtiiyac qalmayacaq". 

A.Mürsəlov "Kömək üçün müraciət etdiyiniz rayon rəhbərliyi və iş adamları hər hansı addımı atıb?" sualını isə belə cavablandırıb: "Biz mayın 17-də bir toplantı etməyi planlaşdırmışıq. Premyer Liqaya yüksəlməyimizi tədbir kimi qeyd etmək istəyirik. Ora qonaqlar da dəvət etmişik. Həmin gün müzakirələrimiz olacaq. Hansı yolla getməliyik, kimlər bizə kömək edə bilər, bunları biləcəyik. Bəzən elə olur ki, müraciət etdiyimiz adamlardan cavab da gəlmir. Kiminsə işi olur. Onları da qınamıram. Biz kiməsə arxayın deyilik ki, kömək edəcək. Yəni sırf kiminsə ümidinə qalmamışıq"

A.Mürsəlov komandanın İmişlidə məskunlaşacağını və bunun hər hansı problem yaratmayacağını bildirib: "Bizim planımız İmişlidə məskunlaşmaqdır. Ötən il bazamız normal səviyyədə təmir olundu. Bazanı istilik və soyutma sistemi ilə də təmin etmişik. Məqsədimiz komandanı İmişlidə yerləşdirməkdir. Hər region komandası elə öz rayonunda olmalıdır. Bu, azarkeşlərə və futbolçulara əlavə bir motivasiyadır. Bəli, rayon klublarına futbolçuları cəlb etmək bir qədər çətindir. Əvvəllər bu sarıdan bizdə problemlər yaranırdı. Amma indi hər şey daha rahatdır. İnsanlar hər yerdə özünə əyləncə tapa, şərait qura bilərlər. Yəni hər şey 20 il bundan əvvəlki kimi deyil. Bəli, o vaxt çox çətin idi. İndi məncə, onlar olmayacaq"

Ramiq Ağaməmmədov 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qolf
Bu gün, 15:56

“Azerbaijan Open 2026” Bakıda yerli və xarici həvəskar qolfçuları bir araya gətirib

Futbol
Bu gün, 08:20

France Football-un “İlin ən yaxşı məşqçisi” mükafatı üçün namizədlər açıqlanıb

Futbol
Bu gün, 06:39

Bellinqem: “Mourinhonun işi möhtəşəl, amma 200% şansı əldən buraxdım”

Futbol
Bu gün, 05:37

Rusiya və İran milli komandaları Kazanda yoldaşlıq matçında üz-üzə gəlir

Futbol
Bu gün, 04:29

Mourinho: Titulsuz futbolçu da “Qızıl top” qazana bilər

Futbol
Bu gün, 01:57

Qabriel Jezus Arsenalda tək qalaraq Barcelona transferini izah etdi

Futbol
Bu gün, 01:43

Mourinyo, Realın Interə qarşı 2:1 qalibiyyəti şərh etdi

Futbol
Bu gün, 01:31

Pau Kubarsi Qızıl topa namizəd göstərilən ən gənc müdafiəçi seçildi

Qarabağ FK
Bu gün, 00:48

Abdullah Zubir Səudiyyə “Əl‑Uruba” ilə müqaviləsi qeydə alınmadığı üçün klubsuz qaldı

Futbol
Bu gün, 00:33

İvan Rakitiç “Barselona”nı Çempionlar Liqasının əsas favoriti hesab edir

Qarabağ FK
Dünən, 23:55

"Sabahın Ulduzları" Bakı Kubokunda U-14 yaş qrupunun 10-cu turu başladı

Basketbol
Dünən, 23:53

Azərbaycanın U-16 basketbol millisi Yalovada EVOQ Challenge Cup Pre Season turnirində iştirak edir

Basketbol
Dünən, 23:24

U14 Azərbaycan basketbol komandası Yalova turnirində ikinci yerə yüksəldi

Qarabağ FK
Dünən, 14:06

“Qarabağ” Mateuş Koxalskinin Polşanın “Vyeçista” klubuna transferini rəsmən açıqladı

Futbol
Dünən, 00:43

Bruno Fernandes 2026 Qızıl Top mükafatının namizədləri arasına daxil olub

Futbol
07 sentyabr 2026, 22:26

Fənərbağça müdafiəçisi Rodriqo Bekao Rusiyanın Rodina klubuna keçmək üzrə

Futbol
07 sentyabr 2026, 22:11

Fiorentina üç məğlubiyyətdən sonra Vanoli ilə yenidən baş məşqçi vəzifəsinə qayıtdı

Futbol
07 sentyabr 2026, 21:56

Xankəndi klubunun fiziki hazırlıq məşqçisi Ali Hənifəzadə təyin olundu

Futbol
07 sentyabr 2026, 21:26

Qəbələ Futbol Akademiyasında U-15‑U-19 komandalarına danışılmış oyunlar üzrə seminar keçirildi

Formula 1
07 sentyabr 2026, 20:30

Lando Norris İtaliya Qran-prisindən sonra isti hava səbəbindən özünü pis hiss etdi

Futbol
07 sentyabr 2026, 20:27

M.Salah Trabzonsporda Superliga debutunda 4 qol vurar, rekord qırdı

Futbol
07 sentyabr 2026, 20:23

“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemi ilə müqavilə imzalayıb

Futbol
07 sentyabr 2026, 20:16

Neftçi nigeriyalı hücumçu Adeleke Akinyeimi 2+1 illik müqavilə ilə komandaya qatdı

Futbol
07 sentyabr 2026, 20:10

Şəmkir və Şirvan uzaqda qalib gəldilər

Oxşar xəbərlər