top
İmişlinin qapıçısı Andrey Sinenka Sumqayıtla oyundan gözləntilərini bölüşüb: Ümid edirəm ki, yenə belə atmosfer olacaq Idman.biz
06 dekabr 2025, 11:28
- ↺ +

"İmişli"nin qapıçısı Andrey Sinenka "Sumqayıt"la oyundan gözləntilərini bölüşüb: Ümid edirəm ki, yenə belə atmosfer olacaq

"Sabah"la kubok matçı hər iki komanda üçün maraqlı, gərgin və yüksək səviyyəli oyun alındı. 90 dəqiqədə qalib müəyyənləşmədiyindən və əlavə vaxtın da oynanmasına baxmayaraq, yalnız matçsonrası penaltilər çatmadı ki, kubok intriqası tam şəkildə tamamlansın".

Bu sözləri "İmişli"nin belaruslu qapıçısı Andrey Sinenka deyib.

28 yaşlı qapıçı Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Sabah"a məğlub olduqları oyunu şərh edib.

"Hər iki komanda üçün çətin oldu və həm bizdə, həm də onlarda əlavə vaxtda qol vurmaq üçün yaxşı imkanlar vardı, amma onlar fürsətlərini reallaşdırdılar, biz isə yox. Hər iki komanda xarakter, ustalıq və qələbə əzmi göstərdi. "Sabah"ı qələbə münasibətilə təbrik edirəm. Kubokda məğlubiyyətin çempionatdakı çıxışımıza təsiri? Şəxsən mənim aləmimdə belə bir yanaşma yoxdur. Kubok yalnız bir titul deyil, həm də komandaya yayda avrokuboklara qatılmaq üçün ən qısa yoldur. Təəssüf ki, bu imkanımızı itirdik. Lakin bunu olduğu kimi qəbul edirik və indi bütün diqqətimizi yalnız çempionata yönəldəcəyik", - deyə o, sport24.az-a açıqlamasında deyib.

Sinenka komandasının Misli Premyer Liqasında XIV turunda "Sumqayıt"la oyunundan gözləntilərini bölüşüb:

"Sumqayıtda möhtəşəm stadion və yaxşı komanda var. "Sumqayıt"ın son ev oyununda stadion tam dolmuşdu, ümid edirəm ki, yenə belə atmosfer olacaq və oyun keyfiyyətli, tamaşaçı üçün maraqlı keçəcək. Biz müsbət nəticə əldə etməyə çalışacağıq".

Qeyd edək ki, "Sumqayıt" - "İmişli" matçı dekabrın 9-u, saat 19:30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:34

Klopp Yunanıstanın qələbəsini layiqli hesab edir, revanş öncəsi hazırdır

Futbol
Bu gün, 00:53

Tuchel: “7-0 qələbə zamanı oyun bir an belə dayanmadı”

Qarabağ FK
Dünən, 20:58

Qarabağ məşqçisi Qurban Qurbanov: “Zirə ilə 3:1 qalibiyyəti, milli oyunçuların yüklənməsi və gələcək qarşılaşmalar üçün möhkəm hazırlıq vacibdir”

Futbol
Dünən, 20:17

Litva millisinin baş məşqçisi: “Biz Bakıdakı matça qələbə ilə çıxacağıq”

Futbol
Dünən, 20:14

Azərbaycan U-20 millisi Moldovaya qarşı 1:0 məğlubiyyət aldı;

Futbol
Dünən, 19:56

“Qəbələ” Yapon U‑20 yığmasına 1:3 hesabı ilə məğlub oldu

Qarabağ FK
Dünən, 19:26

Qarabağ, Zira üzərində 3:1 qalibiyyəti ilə üstünlük qazandı

Futbol
Dünən, 17:45

Rahid Əmirquliyev: Heyətin potensialı qələbələrə yol açır

Futbol
Dünən, 16:30

“Qəbələ” heyətinə albaniyalı yarımmüdafiəçi Endri Çekiçi qatıldı

Gimnastika
Dünən, 11:25

İtaliyada keçirilən 5-ci Aere Trampoline Cup turnirində Azərbaycan gimnastları beş qızıl və bir gümüş medal qazandı

Futbol
Dünən, 11:12

Müdafiəçi Rüfət Abbasov: "Yalnız qələbə üçün hazırıq"

Futbol
Dünən, 11:07

Ayxan Abbasov: Litva qarşısında daha yaxşı oyun göstərməliyik

Futbol
Dünən, 09:00

U-20 millimiz Qəbələdə Moldova ilə yoldaşlıq oyunu keçirir

Futbol
Dünən, 08:00

Liverpool, Alman futbolçu Florian Wirtzi performansını yaxşılaşdırmasa, 2027-ci ildə transferə çıxara bilər

Futbol
Dünən, 05:10

Barcelona Artur Diasın transferi üçün Rafinha’dan kömək gözləyir

Futbol
Dünən, 03:18

Juventusun Bruno Fernandesi transferi üçün 50‑60 milyon avro tələb – ciddi maliyyə maneəsi

Futbol
Dünən, 02:14

Edin Çeko milli komandadakı son oyununu fəxri dəhlizlə başa çatdırdı

Futbol
Dünən, 01:38

Levandovski 7 il sonra Polşa millisində hat-trik vurdu

Futbol
Dünən, 01:02

Tottenham və Liverpool Kaoru Mitomanı transfer üçün maraqlandırır

Futbol
Dünən, 00:43

Luis de la Fuente, Ronaldun Portuqaliya millisinin düşərgəsini tərk etməsi barədə şərh verməkdən imtina etdi

Futbol
02 oktyabr 2026, 22:55

U-20 milli komanda baş məşqçisi: Yolumuz hələ əvvəlində, Moldova ilə dostluq matçı yaxınlaşır

Futbol
02 oktyabr 2026, 21:58

Nunu Mendeş, Ronaldun milli komandadan ayrılmasına münasibətini açıqladı

Minifutbol
02 oktyabr 2026, 21:26

U-19 futzal millimiz Xorvatiya, Ukrayna və Yunanıstanla bir qrupda

Futbol
02 oktyabr 2026, 20:57

PSJ hücumçusu Ferran Torres İspaniya millisində zədələnib

Oxşar xəbərlər