Yeni mövsümün hazırlığını davam etdirən "İmişli" bu gün yoxlama oyununda qüvvəsini sınayıb. Sport24.az xəbər verir ki, Premyer Liqaya yüksələn bölgə təmsilçisi "Sumqayıt"ın əvəzedici komandası ilə qarşılaşıb.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatıb.