Misli Premyer Liqasında 24-cü turun oyunları davam edir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşması Qubada keçiriləcək. "İmişli" "Sabah"ı qonaq edir. Nominal meydan sahiblərinin üzərində heç bir təzyiq yoxdur. "Pələnglər" nə avrokuboklara vəsiqə uğrunda mübarizə aparır, nə də elitadan düşmə təhlükəsi var. Bu üzdən komanda futboldan ləzzət almaq və azarkeşlərini sevindirmək üçün meydana çıxır. Qonaqlar üçün isə hər xal qızıldan qiymətlidir. "Bayquşlar" çempionluq uğrunda "Qarabağ"la ciddi rəqabət aparır və xal itgisinə yol verməyi düşünmür.
Qeyd edək oyunun start fiti saat 15:00-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXIV tur
15:00. "İmişli" - "Sabah" 0:1 (Birinci hissə)
Qo: S. Solvet, 11.
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Əliyar Ağayev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Quba. OİK stadionu.
"İmişli": 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 5. İdris İnqilablı 44. Həzrət İsayev 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 29. Edvin Banquera 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli 20. Nazim Hüseynov 79. Dioqo Kardozu
"Sabah": 92. Stas Pokatilov (k) 10. Aleksey İsayev 5. Rəhman Daşdəmirov 20. Coy Lens Mikels 80. Akim Zedadka 3. Stiv Solvet 70. Cesse Sekidika 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 7. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 94. Rəvan Mirzəmmədov 12. Rauf Əyyubov 17. Tellur Mütəllimov 2. Amin Seydiyev 6. Abdulax Xaybulaev 9. Xəyal Əliyev 89. Cəfər Muxtarov 21. Velko Simiç 40. İqor Noqeyra 22. Zinedin Uld Xaled 53. Andrey Santos 83. Stefen Ende