top
İmişli rəsmisi stadion problemini və avrokubok hədəflərini açıqladı Idman.biz
19 iyul 2025, 10:22
- ↺ +

"İmişli" rəsmisi stadion problemini və avrokubok hədəflərini açıqladı

"İmişli" futbol klubunun İdarə Heyətinin sədri Aqşin Mürsəlovun Teleqraf-a müsahibəsi

- PFL-dən Quba Olimpiya İdman Kompleksinin stadionuna təftiş göndərməsini istəmisiniz. Niyə məhz Quba?

- Tək Quba deyil, PFL-in standartlarına cavab verən bir neçə yerə müraciət etmişik. Qərarı Təftiş komissiyası verəcək. Razılıq olsa, biz həmin stadionda digər işləri görməyə başlayacağıq. Klubların hansı stadionda oynamaları PFL-in Əsasnaməsi ilə tənzimlənir. Əlimizdəki stadionların adlarını göndərmişik, PFL-dən cavab gözləyirik. Bilirsiniz ki, ölkədə stadion qıtlığı var. Bunun əziyyətini "İmişli" də çəkir. Könül istərdi ki, İmişli şəhər stadionunda oynayaq. Təəssüf ki, bununla bağlı da məsələ gecikir. Mülkiyyət, şirkətin balansında olma məsələsi ilə əlaqədar təmirə başlaya bilmirik. Ümid edirik ki, ən qısa zamanda bu, həllini tapacaq. Müvəqqəti olaraq, istənilən stadionda oynamağa razıyıq. Əlimizdə başqa imkan yoxdur.

- ⁠Mülkiyyət məsələsi nəyə görə belə uzanır?

- ⁠Məsələn, bir maşına minmisiniz və təmir etdirirsiniz. Amma tək siz yox, başqaları da istifadə edir. Buna pul qoyarsınız? Problem bundadır. Biz təmir edirik, başqa biri gəlib istifadə edəcək. Yəni, necə istifadə edəcək? Bəlkə yararsız hala salacaq? Bu kimi çətinlikləri var. Digər tərəfdən, stadionu Premyer Liqa səviyyəsinə gətirmək üçün daha ciddi vəsait tələb olunur. Ona görə də özünə aid bir əmlaka külli miqdarda vəsait qoymaq da ehtiyatlıdır. Səhəri gün deyə bilər ki, müqavilən bitdi. Stadionu normal vəziyyətə gətirmək üçün 1,5 milyon manat lazımdır. Bizə zəmanət gərəkdir ki, pulu qoyuruqsa, istifadə edə bilək.

- ⁠"Səbail" Premyer Liqadan düşdükdən sonra "ASCO Arena"dan "İmişli"nin istifadə edəcəyi deyilirdi. Nə üçün bu variant alınmadı?

- ⁠Səhv etmirəmsə, ot örtüyündə problem oldu. Gənclər və İdman Nazirliyi, AFFA və SOCAR-ın balansında olan stadionlar var, hər birinə müraciət etmişik. Təftiş göndərildikdən sonra qərar veriləcək ki, hansında oynayacağıq.

- ⁠Premyer Liqanın debütantı olaraq Portuqaliyadan baş məşqçi gətirməyiniz də birmənalı qarşılanmadı. İctimaiyyətdə belə fikirlər formalaşdı ki, "İmişli" pul tapmırsa, nə məcburdur Portuqaliyadan baş məşqçi gətirir…

- ⁠Hər insanın öz fikri var, hörmətlə yanaşıram. Bizim yanaşmamız isə fərqlidir. Pul məsələsi deyil. Yerli məşqçilər də kifayət qədər büdcə istəyir, heç bir baş məşqçi havayı gəlmir. Demək olar ki, baş məşqçilər üçün büdcə aşağı-yuxarı eynidir. Portuqaliyalı baş məşqçi Jorje Kaskilyanın gətirilməsi birdən verilən qərar deyil. Uzun müddət araşdırma getdi. Bilirsiniz ki, portuqaliyalı futbolçuların çoxu Azərbaycanda daha yaxşı nəticə göstərir. "Qarabağ" və digər komandaların heyətində bunu görmək olur. Yeni transferlər də Portuqaliya və Braziliyadan formalaşıb. Düşünürəm ki, xarici baş məşqçinin olması bizim transfer siyasətimizə birbaşa təsir edir. Futbolçu gələrkən kiminlə işləyəcəyini bilir.

- ⁠Yeni mövsüm hədəfiniz nə olacaq?

- Çempionatın debütantı olsaq da, elitada qalmaq üçün gəlmirik. Əsas problemimiz stadionla bağlıdır. Hədəfimiz orta yerlərdir. Artıq 2026/2027 mövsümündə avrokuboklar uğrunda mübarizə apara bilərik. Ötənilki heyətdən 6-7 nəfər saxladıq. Növbəti il bu sayı daha çox etmək istəyirik. Düşünürəm ki, ilk "altılığ"a, bəlkə də ilk "səkkizliy"ə oynayacaq komanda formalaşdıra biləcəyik.

- ⁠Baş məşqçiniz buna nail ola bilməsə, şans verəcəksiniz, yoxsa bəzi komandalar kimi, mövsüm başa çatmamış yola salacaqsınız?

- ⁠Bu, indi veriləcək qərar deyil, zaman göstərəcək ki, hansı daha uyğundur. Bilirsiniz ki, bütün qərarlar verildiyi anda hamı tərəfindən doğru hesab olunmur. Biz seçim etmişik. İnanırıq ki, o, etimadımızı doğruldacaq. Amma yanlış çıxsa, əlbəttə, onun üçün də planımız var. O zaman nə etsək, açıqlayacağıq.

- ⁠Transfer siyasətiniz də sürətlə davam edir. Azər Salahlının transferi, daha doğrusu təqdimatı heç də birmənalı qarşılanmadı…

- ⁠Azər Salahlı peşəkar, milli komandanın üzvü və karyerası zəngin futbolçudur. Əvvəldən də açıqlama vermişdik ki, həm xarici oyunçular, həm də yerlilərlə bağlı transfer siyasətimiz davam edir. Bəzilərini açıqlamamışıq. 8-9 legioner cəlb etməyi düşünürük. Eyni zamanda gənc, təcrübəli yerli futbolçulara da inanmaq istəyirik. Bilirsiniz, yerliləri oynadarkən əlavə bonuslar hesablanacaq. Bu imkandan da yararlanacağıq. Əsas fikrimiz isə yerli futbolçularla yaxşı işlər görməkdir.

- ⁠Azər Salahlının təqdimatını edərkən "ağ-qara" günlər bitdi, "ağ günlər" başlayır yazılı video hazıflamışdınız ki, bununla da onun sabiq komandası "Neftçi"yə söz atmışdınız...

- ⁠"Neftçi" bizim köklü, sevimli klubumuzdur. Video ilə bağlı marketinq menecerimiz maraqlı ideya verdi, biz də dəstəklədik. Klublar arasında belə rəqabətin olması gözəldir. Hər bir klubla dostluq münasibətimiz var. Amma oyun zamanı, 90 dəqiqə ərzində rəqibik. Digər vaxtlarda söz də ata bilərik, fikir ayrılığımız da ola bilər. Düşünürəm ki, bu da normaldır.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Oxşar xəbərlər