Misli Premyer Liqasında VIII turun matçları davam edir.
İdman.Biz xəbər verir ki, ikinci oyun günündə "İmişli" Qubada "Qəbələ"ni sınağa çəkəcək.
Görüş saat 14:30-da start götürəcək. Misli Premyer Liqasında yeddi oyundan sonra səkkiz xalı olan İmişli təmsilçisi doqquzuncu pillədə qərarlaşıb. Dörd xalı olan "Qəbələ" isə 11-ci yeri tutur.
18 oktyabr (şənbə)
14:30. "İmişli" - "Qəbələ"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Quba OİK stadionu
Qeyd edək ki, VIII tura oktyabrın 19-da yekun vurulacaq.