2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək "İmişli" növbəti transferini açıqlayıb.
İdman.biz xəbər verir ki, bölgə təmsilçisi Ezekiel Morqanla 2 illik müqavilə imzalayacaq.
Qanalı yarımmüdafiəçi 2023-cü ildən ölkəmizdə çıxış edir. "Kəpəz"ə transfer olunan Morqan 2023/2024 mövsümündə icarə əsasında "İmişli", ötən mövsümdə isə "Karvan"da oynayıb.
İdman.biz