Misli Premyer Liqasının IX turunda "Kəpəz" "İmişli" ilə qarşılaşıb.
"Report"un məlumatına görə, Qəbələ şəhər stadionunda keçirilən oyun qonaqların böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0.
İmişli kollektivinin qollarını Luis Silvestr (45+3), Dioqo Almeyda (60) və Rafael Vieqaş (83) vurublar.
Qərb təmsilçisinin heyətində qapıçı Məmməd Hüseynov 28-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.
Jorj Kaşkilyanın rəhbərlik etdiyi "İmişli" 12 xalla turnir cədvəlində 7-ci sıradadır. 3 xalı olan "Kəpəz" isə sonuncu - 12-cidir.
Qeyd edək ki, turun açılış oyununda "Turan Tovuz" səfərdə "Karvan-Yevlax"ı 2:1 hesabı ilə məğlub edib. IX tura oktyabrın 26-da yekun vurulacaq.