top
İmişli futbolçusu Seyxan Fərəcov özünə inamını vurğuladı Idman.biz
Bu gün, 17:59
- ↺ +

İmişli futbolçusu Seyxan Fərəcov özünə inamını vurğuladı

"Hər oyundan-oyuna artırırıq".

Bunu "İmişli"in futbolçusu Seyxan Fərəcovun "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olduqları Misli Premyer Liqasının 10-cu tur matçından sonra sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Oyun haqqında fikirləriniz necədir?

– "Kəpəz" azarkeşləri bu gün komandaya böyük dəstək oldu. Biz əlimizdən gələn hər şeyi etdik ki, bu oyunda üç xal qazanaq. Amma alınmadı. Qol vurduq, sayılmadı. Epizodlarımız oldu, amma qismət…

– Həmin sayılmayan qolun təkrarına baxmısınız?

– Hələ yox, baxacağıq.

– Bəs oyun zamanı həmin epizodla bağlı nə düşünürdünüz?

– Tapdalanmanı görmədim. Heç nə görmədim.

– Komandanın potensialını necə qiymətləndirirsiniz? Hazırkı mövqeyinizdən daha yüksəklərə qalxa biləcəyinizə inanırsınız?

– Hər oyundan-oyuna artırırıq. Hər matçda daha yaxşı oynayırıq. İnşallah, daha yaxşı yerlərdə olmaq üçün çox məşq edirik. Görək necə olacaq.

– Komandaya yeni qoşulanda yayda bu qədər qol vuracağınızı gözləyirdiniz? Özünüzə inanırdınız?

– Bəli, özümə inanırdım, amma daha çoxunu bacara biləcəyimi də düşünürdüm. İndi öz üzərimdə işləyirəm ki, daha çox qol vurum və komandaya daha çox kömək edim. İstər qollarımla, istərsə də oyunumla. Komandaya kömək etmək üçün əlimdən gələni edirəm.

– Stadiondakı atmosfer necə idi?

– Həqiqətən super idi! İnşallah, hər oyunda belə atmosfer olar. Məncə, bu, futbolumuzun daha da inkişafına kömək edər.

– Milli komandada hücumçu problemi var. Sizcə, sizə dəvət gəlməli idi? Millidən dəvət gözləyirsiniz?

– Öz üzərimdə işləyirəm. Millinin məşqçisi məsləhət bilsə, məni dəvət edər. Əks halda, daha çox çalışmalıyam, öz üzərimdə işləməliyəm. Milliyə çağırılmaq üçün əlimdən gələni etməliyəm.

– Bu barədə danışığınız olub?

– Xeyr, olmayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 19:21

Xankəndidə 78 cüdoçu ilk dəfə kəmər dərəcəsi imtahanından keçdi

Digər
Bu gün, 19:12

FIFA, İnfantinonun 6,8 milyon manatlıq vergisini gizli razılaşma ilə ödəyib

Futbol
Bu gün, 18:59

Çelsi Aleks Skottu 100 milyon avroya transfer etmək istəyir

Cüdo
Bu gün, 18:55

Ağdamda ilk cüdo zalı istifadəyə verilib

Futbol
Bu gün, 18:49

Milan, Endrik transferi üçün Cerri Kardinalini maraqlandırır

Formula 1
Bu gün, 18:48

Andrea Kimi Antonelli 20 yaşında Formula 1 çempionu oldu

Cüdo
Bu gün, 18:41

Xankəndidə yeniyetmə cüdoçular üçün təlim seminarı keçirilib

Futbol
Bu gün, 18:34

“Barselona” qapıçısı Joan Qarsiya: Sevgilisi ilə dağda paylaşdığı fotolar komandada zarafat mövzusu oldu

Futbol
Bu gün, 18:29

Real Madrid braziliyalı hücumçunu icarəyə verəcək

Digər
Bu gün, 18:25

Ravin Alməmmədov dünya çempionatında 12-ci yerə yüksəldi

Digər
Bu gün, 17:55

Azərbaycanın idman dırmanması üzrə millisi üzvü Həvva Yambulatova 17 yaşında vəfat edib

Digər
Bu gün, 17:50

UFC-də mübarizə aparan brasiliyalı Luana Santos estetik əməliyyat üçün oktagondan fasilə alır

Futbol
Bu gün, 17:50

Misli Premyer Liqasında oktyabr ayının TOP-5 qolu açıqlanıb

Qarabağ FK
Bu gün, 17:47

Mahmud Qurbanov: Rəqabətin Artması Futbolumuzun İnkişafına Yönəldir

Futbol
Bu gün, 17:40

Nyukasl və Everton Qalatasarayın yarımmüdafiəçisi Qabriel Sara uğrundan mübarizədə

Qarabağ FK
Bu gün, 17:37

"Neftçi" Əvəzedicilər Liqasının 8-ci turunda "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdi

Digər
Bu gün, 17:35

Rəvan Abbaszadə K-1 üzrə dünya çempionu oldu: Azərbaycan bayrağı ilə qeyd etdi, İDMAN.BİZ-ə müsahibə verdi

Futbol
Bu gün, 17:20

Bavariya direktoru Haaland transferini müzakirə etməyəcəklər

Basketbol
Bu gün, 17:19

U-14 basketbol millimiz Serbiyada təlim-məşq toplanışına qatılacaq

Futbol
Bu gün, 17:15

Liverpul Vircil van Deyk ilə 1 illik yeni müqavilə imzalamağı nəzərdən keçirir

Futbol
Bu gün, 17:00

Hakman “qara siyahı”da: Məşqçi Kurban Berdiyev Turan Tovuzun müdafiəçisinə etimadını itirdi

Futbol
Bu gün, 16:59

Rüfət Abbasov: «Neftçi» 90 illik yubileyində çempionluq hədəfləyir, liderliyə yüksəlmək bize psixoloji üstünlük verir

Futbol
Bu gün, 16:50

Neftçi Palms Sports Mərkəzində bərpa məşqini keçir

Oxşar xəbərlər