Azərbaycan Premyer Liqasında çıxış edəcək "İmişli" növbəti transferini reallaşdırıb.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İmişli klubu yarımmüdafiəçi Luiz Fernando Silvestr Junioru heyətinə qatıb. Braziliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "İmişli" daha öncə Ronaldo Rodriqez de Souza, Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Rafael Vieqas, Hüseynəli Quliyevi, Ezekiel Morqan, Nikola Karaklayiçi transfer edib.
İdman.biz