top
İmişli baş məşqçisindən Turan Tovuz oyunu və Neftçi ilə qarşılaşma ilə bağlı açıqlama Idman.biz
16 avqust 2025, 19:57
- +

"İmişli" baş məşqçisindən "Turan Tovuz" oyunu və "Neftçi" ilə qarşılaşma ilə bağlı açıqlama

"Yaxşı oynadıq. Müdafiədə yaxşı oyun getdi. Son dəqiqələrdə qol buraxmaq ağırdır. Məyusedici haldır. Bu, futboldur. İlk hissədə orta xəttdə oyun gedirdi. Komandalar bir-birini kəşf edirdi. İkinci hissədə taktiki baxımdan daha yaxşı oynadıq, şanslarımız oldu. Son dəqiqələrdə qapıçımız və müdafiəçimizin zədələnməsi oyuna təsir göstərdi. Əlavə vaxtda sıxıntılar yaşadıq və qol buraxdıq".

İdman.biz Futbolpress.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının I turunun "İmişli" – "Turan Tovuz" oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Xorxe Kaskilya deyib.

– Əsas oyunçularınız zədələndi. Görünən odur ki, qapıçı Sinenkonun durumu daha ağırdır. Yerinə transfer düşünürsünüzmü?

– Gözləyəcəyik, son durumu biləndən sonra nə edəcəyimizə qərar verəcəyik. Ümid edirik ki, tez qayıdarlar. Transfer haqda düşünmürük.

– "Turan Tovuz" ötən mövsüm adətən qələbə qollarını son dəqiqələrdə vururdu. Bu məqamdan xəbəriniz var idi?

– Əlbəttə, oyunları təhlil etmişdik. Rəqibin aqressiv oynadığını, uzun ötürmələrə üstünlük verdiyini bilirdik.

– Premyer Liqada debüt etdiniz. İlkin təəssüratlarınız nədir?

– Bura gəlməzdən əvvəl baxmışdım. Azərbaycanda 4-5 səviyyəli komanda var və çempionat yaxşı səviyyədədir. Klublarda legionerlər var, yaxşı rəqabət gedir. Səviyyə yaxşıdır. İlkin təəssüratlar xoşdur.

– Premyer Liqadan baş çıxara biləcəyinizə inanırsınız?

– Burda nəticə əldə etməyi, peşəkarlığımı göstərmək istəyirəm. Komandam ilk oyunda taktiki baxımdan yaxşı idi. "İmişli" ilə nəticə qazanmaq olar.

– Kluba təyinat alanda müəyyən tənqidlər oldu ki, aşağı liqada çalışmısız. Bunlardan xəbəriniz var idi?

– Belə şərhlərlə maraqlanmıram. Əsas diqqətim komandamın yaxşı olmasındadır. Bunun üzərində çalışırıq. Bu gün çempionluğa oynamaq istəyən komandaya qarşı normal oynadıq, ikinci hissədə daha yaxşı futbol göstərdik. Bu o deməkdir ki, məşqçinin taktikası işləyir.

– Komanda İmişlini təmsil etsə də, Bakıda hazırlaşır, Şamaxıda oynayır. Bu, necə təsir edir və məşqçi karyeranızda bu hallarla rastlaşmısınız?

– Problemlərə baxmayaraq, əsas məqsəd komanda üzərində işləməkdir. Belə amillər böyük təsirlər göstərmir. Düzdür, doğma bölgəmizdə oynamaq istərdik, amma bu işlərlə rəhbərlik məşğul olur. İşimiz komanda ilədir. Karyeramda ilk dəfədir belə hal olur. Azarkeşlərimizə də təşəkkür edirəm, uzun yoldan gəliblər. Bizi tək qoymadılar. Onlara minnətdarıq. Söz veririk ki, "Neftçi" ilə oyuna daha hazır olacağıq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 20:59

Veteran futbolçu Mehman Hacıyev vəfat edib, sabah dəfn olunacaq

Futbol
Dünən, 20:59

Veteran oyunçu Mehman Hacıyev vəfat etdi, Gəncə futbolunda ağır itki

Futbol
Dünən, 20:59

Mehman Hacıyev, Gəncə futbolunun tanınmış siması vəfat etdi

Futbol
Dünən, 20:59

Veteran futbolçu Mehman Hacıyev vəfat edib

Futbol
Dünən, 20:59

Veteran futbolçu Mehman Hacıyev vəfat edib

Futbol
Dünən, 20:59

Veteran oyunçu Mehman Hacıyev vəfat etdi, Gəncə futbolunda böyük itki

Digər
Dünən, 20:29

İdmançımız Kinoshita Cup yarışında 6-cı yer tutdu

Digər
Dünən, 20:29

Veronika Jilina “Kinoshita Cup”da 6-cı yeri tutdu

Futbol
Dünən, 20:21

Aziz Yıldırım, “Fənərbağça” futbol klubunun başçısı, İlham Əliyevlə görüşərək pilotsuz dəniz vasitələrini təqdim etdi - FOTO

Futbol
Dünən, 20:21

Aziz Yıldırım İlham Əliyevə pilotsuz dəniz vasitələrini təqdim edib - FOTO

Futbol
Dünən, 20:21

Aziz Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevlə görüşərək pilotsuz dəniz vasitələrini təqdim etdi

Futbol
Dünən, 19:30

Portuqaliya millisinin müdafiəçisi Diogo Leyte "Roma"ya keçdi

Futbol
Dünən, 18:34

Hakim Ziyeş klub ilə müqaviləni ləğv edərək azad agent oldu

Futbol
Dünən, 18:34

Hakim Ziyeş Vidad Kasablankadan ayrıldı və azad agent statusu aldı

Futbol
Dünən, 18:34

Hakim Ziyeş Vidad Kasablankadan ayrıldı, azad agent statusu aldı

Futbol
Dünən, 17:49

Ceymi Vardi “Börnli” klubuna transfer oldu

Futbol
Dünən, 17:24

Arteta: Çelsi Premyer Liqada çempionluq üçün lazım olan bütün şərtlərə malikdir

Futbol
Dünən, 17:24

Brahim Hemdani Əlcəzair milli komandasının yeni baş məşqçisi təyin olundu

Futbol
Dünən, 17:24

Arteta: Chelsea Premier Liqası üçün çempionluq mübarizəsi aparacaq bütün şərtlərə malikdir

Futbol
Dünən, 17:24

Brahim Hemdani Əlcəzair millisinin yeni baş məşqçisi təyin edildi

Futbol
Dünən, 17:24

Brahim Hemdani, Əlcəzair milli komandası üçün yeni baş məşqçi təyin edildi

Futbol
Dünən, 17:24

Brahim Hemdani Əlcəzair millisinin yeni baş məşqçisi təyin edildi

Digər
Dünən, 15:53

Veronika Jilina Azərbaycan bayrağı altında ilk turnirində altıncı sırada yer aldı

Digər
Dünən, 15:53

Veronika Jilina Azərbaycan bayrağı altında ilk turnirində altıncı yeri tutdu

Oxşar xəbərlər