top
İmişli AFFA-dan cavab ummaqdadır Idman.biz
07 may 2025, 17:40
- +

"İmişli" AFFA-dan cavab ummaqdadır

Azərbaycan I Liqasında çıxış edən "İmişli" rəhbərliyi komandanın ev oyunlarını keçirdiyi şəhər stadionunun meydanının ot örtüyünün dəyişdirilməsi üçün yerli İcra Hakimiyyətindən və AFFA-dan cavab gözləyir.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Misli Premyer Liqasına vəsiqəni təmin edən bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov deyib.

Klub rəsmisi yeni mövsümdə də ev oyunlarını Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirmək niyyətində olduqlarını söyləyib: "Bu barədə qəti fikir bildirmək hələ tezdir, bütün məsələlərə çempionat bitdikdən sonra aydınlıq gələcək. İstəyimiz odur ki, yeni mövsümdə də oyunlarımızı İmişlidə keçirək. Meydanın ot örtüyü yaxşı vəziyyətdə deyil. Bununla bağlı İmişli rayon İcra Hakimiyyətinə, AFFA-ya, Gənclər və İdman İdarəsinə müraciət etmişik və cavab gözləyirik".

Mürsəlov zərurət yaranacağı təqdirdə Bakıda da oynaya biləcəklərini bildirib: "Ot örtüyünün yenilənməsindən əlavə, stadionda görülməli digər işlər də var. İnfrastruktur Premyer Liqa səviyyəsinə uyğun olmalıdır. Müəyyən standartlara cavab verməlidir. Zərurət yaranarsa, Bakıda oynaya bilərik. Ancaq bizim üçün prioritet ev oyunlarımızı İmişli şəhər stadionunda keçirməkdir".

Qeyd edək ki, "İmişli" Azərbaycan I Liqasında 24 turdan sonra 47 xalla ikinci pillədə qərarlaşıb.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:24

DÇ-2026: Braziliya Şotlandiyanı 3:0 məğlub edib

Futbol
Bu gün, 04:05

DÇ-2026: Braziliya və Mərakeş qrup mərhələsində qələbə qazanıb

Futbol
Bu gün, 03:05

Dünya çempionatında onuncu avtoqol qeydə alınıb

Futbol
Bu gün, 02:07

2026-cı il dünya çempionatında Qətər də mübariziyyəti dayandırdı

Futbol
Bu gün, 01:43

İngiltərə Panthers ilə oyunu iki aparıcı oyunçusu olmadan keçirə bilər

Futbol
Bu gün, 01:22

Jeremi Doku Belçika millisinə qayıdıb

Futbol
Bu gün, 00:48

DÇ-2026: Bosniya və İsveçrə qollarla irəlidə

Futbol
Bu gün, 00:37

DÇ-2026: Bosniya və İsveçrə qarşılaşmalarinda qollar vurub

Futbol
Bu gün, 00:25

“Qarabağ” legionerləri Fransanın dünya çempionu olacağını düşünürlər

Futbol
Bu gün, 00:18

DÇ-2026: Bosniya və İsveçrə qələbə qazandı

Futbol
Bu gün, 00:06

DÇ-2026: Bosniya və İsveçrə qələbə qazandı

Futbol
Bu gün, 00:02

DÇ-2026: Bosniya və Herseqovina qələbə qazandı, İsveçrə-Kanada matçasında heç-heçə

Futbol
Dünən, 23:49

Dünya Çempionatında Kanada və İsveçrə arasında görüş heç-heçə ilə davam edir

Cüdo
Dünən, 23:45

Cüdo məşqçiləri üçün seminar keçirilir

Futbol
Dünən, 23:35

DÇ-2026: Bosniya və Herseqovina Qətəri 2:0 məğlub edib

Futbol
Dünən, 23:30

DÇ-2026: Bosniya və Herseqovina Qətəri məğlub edir - YENİLƏNİR

Basketbol
Dünən, 23:17

"Sabah" BK latviyalı basketbolçu ilə yollarını ayıradı

Güləş
Dünən, 22:56

Praqada cüdo üzrə Avropa açıq turniri

Futbol
Dünən, 22:45

Thomas Tuchel: “Heç kim hər oyunda 4 qol vuraraq çempion olmayıb”

Futbol
Dünən, 22:26

Yuventus Temmi Abrahama maraq göstərir

Futbol
Dünən, 21:57

Aaron Remzi “Oksford Yunayted”in baş məşqçisi təyin olundu

Futbol
Dünən, 21:43

Lionel Messinin ad günü qeyd olunub

Futbol
Dünən, 21:28

Tottenhem qapıçısı ilə yeni müqavilə üçün danışıqlara başlayıb

Olimpiada
Dünən, 21:13

BOK Olimpiya iştirakçılarına 10 min dollar qrant ayırır

Oxşar xəbərlər