top
İmani Barkeri: “Xal itkisinə səbəb olan səhvləri aradan qaldırmalıyıq” Idman.biz
11 noyabr 2025, 17:00
- ↺ +

İmani Barkeri: “Xal itkisinə səbəb olan səhvləri aradan qaldırmalıyıq”

"Bu görüşdə qalib gəlməsək də, həm fərdi, həm də komanda şəklində müəyyən yaxşı şeylər göstərməyi bacardıq".

Bunu "Karvan-Yevlax"ın fransalı müdafiəçisi İmani Barkeri futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– "Araz-Naxçıvan" ilə səfər matçına yaxşı başlayaraq qol vursanız da, hesabdakı üstünlüyü sonadək saxlaya bilmədiniz. Komandanızın sərgilədiyi oyunu və qeydə alınan nəticəni (1:2) necə şərh edərdiniz?

– Bu görüşdə qalib gəlməsək də, həm fərdi, həm də komanda şəklində müəyyən yaxşı şeylər göstərməyi bacardıq. Bu, çempionatda istənilən güclü komandaya qarşı təkrarlamalı olduğumuz məqamlardır. Göstərdiyimiz oyun sübut edir ki, biz hər bir komandaya qarşı rəqabət apara bilərik və davamlı nəticələr əldə etmək üçün çox çalışmağa davam etməliyik. Təbii ki, mən də komanda yoldaşlarım kimi məyusam, amma biz oyunumuzun müsbət tərəflərinə fokuslanmaq və bunları növbəti qarşılaşmada təkrarlamağa çalışmaq istəyirik.

– Son matçlarda hesabı açan tərəf olsanız da, sonda meydanı məğlub tərk edirsiniz. Sanki ilk qolu vurmaq "Karvan-Yevlax"a uğur gətirmir. Bu barədə nə deyə bilərsiniz?

– Son oyunlarda ya fərdi, ya da kollektiv səylər sayəsində hesabı açmağı bacarırıq. Bu da qarşıdakı matçlarda qoruyub saxlamalı olduğumuz müsbət cəhətdir. Futbol səhvlər oyunudur və adətən az səhv edən komanda qalib gəlir. Biz son görüşlərdə erkən qol vurmağı bacarsaq da, təəssüf ki, yekun nəticə xeyrimizə olmayıb. Həm fərdi, həm də komanda halında işləməyə davam etməli, eyni zamanda, oyunun sonunda xal itkisinə səbəb olan kiçik səhvləri aradan qaldırmalıyıq.

– Çempionatın ilk dövrəsi bitdi və "Karvan-Yevlax" 11 turdan sonra 11-ci yerdədir, komandanın aktivində cəmi 1 qələbə var. Yəqin ki, bu performans sizin ürəyinizcə deyil. Daha yaxşı çıxış etməyinizə nə mane oldu?

– Doğrudur, çempionatın ilk dövrəsini cəmi bir qələbə ilə 11-ci yerdə başa çatdırdıq. Amma necə deyərlər, "ayı tutmadan dərisini satmazlar". Buna görə də biz yenidən bir araya gələcək, daha güclü qayıdacaq, çox çalışacaq və itirdiyimiz xalları bərpa etmək üçün növbəti oyunlara fokuslanacağıq.

– Liqada yaranmış fasilə "Karvan-Yevlax"a necə təsir edəcək? Fasilədən daha yaxşı vəziyyətdə qayıda biləcəksiniz?

– Fasilə çox vacib rol oynayır. Çünki dincəlmək, ailə ilə vaxt keçirmək və futboldan başqa şeylər də düşünmək bizə çox xeyir verəcək. Bu, mövsümün qalan hissəsi üçün bizi güc və enerji ilə dolduracaq.

– Fasilədən sonra ilk oyunu "Kəpəz"ə qarşı keçirəcəksiniz. Bu matçda qələbə qazanmaq mümkün olacaqmı?

– Bəli, fasilədən sonra ilk oyunumuz əsas rəqiblərimizdən birinə qarşı olacaq. Amma həm mən, həm də bütün komanda bu oyunda qalib gələcəyimizə əminik. Bunu bir dəfə etmişik, niyə ikinci dəfə etməyək ki?! Sadəcə, qol buraxmamağa diqqət etməliyik.

– Azərbaycan çempionatında ən çox bəyəndiyiniz, onlara qarşı oynayanda çətinlik çəkdiyiniz futbolçular hansılardır?

– Xüsusi olaraq heyran olduğum futbolçu yoxdur, çünki hər bir oyunçunun öz üstün və zəif cəhətləri var. Onların hər birindən öyrənmək faydalıdır. Əgər oynamağın çətin olduğu futbolçulardan danışsaq, bir neçəsini qeyd edə bilərəm. "Zirə" və "Sabah"dan Mikels qardaşlarını, "Araz-Naxçıvan"dan Hamidu Keytanı və "Sumqayıt"dan Ronaldonu vurğulamalıyam. Dediklərimin hər biri çox keyfiyyətli futbolçudur və onlara qarşı oynayarkən daim diqqətli və ayıq olmaq lazımdır.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 10:48

Orxan Qubatov birinci, Rzayev ikinci: Azərbaycan snuker çempionatının qalibləri açıqlanıb

Futbol
Bu gün, 10:41

Araz-Naxçıvan 40 nöqtə ilə heç-heçə etmədən çempionatda birinci oldu;

Formula 1
Bu gün, 10:38

Şarl Lekler, Mexico Grand Prix-də Lewis Hamiltonla mübahisəli insidentə açıqlama verib

Qarabağ FK
Bu gün, 10:30

Qarabağ 11 ildən sonra Premyer Liqada ardıcıl üç oyunda heç‑heçə etdi

Futbol
Bu gün, 10:25

İkinci Liqa 9-cu turda bugün üç oyun baş tutacaq

Voleybol
Bu gün, 10:10

Kuzeyboru Voleybolçusu Ece Hitayca Sosial Şəbəkədə Təqib və Təzyiqlə Qarşı-qarşıya

Futbol
Bu gün, 10:02

Renat Dadaşov sağaldı, Ukraynaya qayıtmadan əvvəl məşqlərə qayıdacaq

Qarabağ FK
Bu gün, 10:00

X turda 18,900 azarkeş izləyib – “Kəpəz” yenidən lider oldu

Futbol
Bu gün, 09:52

Messi'dən Mbappé'ye: Ulduz Futbolçuların Klub Sahibliyi

Futbol
Bu gün, 09:43

Mahir Emreli oyunu ilə Rakuv 3-1 qalib qaldı

Futbol
Bu gün, 09:40

Manchester United skautlarını Borussia Dortmundun dörd oyunçusunu izləmək üçün Almaniyaya göndərib

Cüdo
Bu gün, 09:38

İbrahim Talıbov qızıl medal qazanıb – məşqçiləri təbrik edir

Futbol
Bu gün, 09:20

Arsenal, 70 milyon avro dəyərində hücumçunu qış transferi ilə qazanmağa hazırdır

Voleybol
Bu gün, 09:08

Turan CEV Çempionlar Liqasında III təsnifat mərhələsində ilk oyuna çıxacaq

Futbol
Bu gün, 09:08

Arda Gülər La Liga’da qol fürsətlərində liderdir, az oyunla üstünlük qazandı

Futbol
Bu gün, 09:00

Real, Tibo Kurtua’yı Bart Verbruggen ilə əvəzləmək planlaşdırır

Futbol
Bu gün, 08:40

Kriştiano Ronaldonun oğlu Kristianinyo U-17 milli komandaya dəvət olundu

Futbol
Bu gün, 08:21

Harri Keyn “Bavariya” ilə yeni müqavilənin imzalanmasının bir neçə gün içində baş verəcəyini açıqladı

Futbol
Bu gün, 08:20

"Eştoril"in 18 yaşlı müdafiəçisi Jordan Arnolinə Barcelona, Brentford və Lille maraq göstərir

Futbol
Bu gün, 08:00

Lissabon klubu Fonseka ilə müqavilənin ləğvinə görə "Lion"a 5 milyon avro təzminat ödəyəcək

Qolf
Bu gün, 06:12

Taylandda 15 yaşlı qolfçu turnir zamanı ildırım vurar vəfat etdi

Futbol
Bu gün, 05:08

“Udineze” klubu uğursuz nəticələrdən sonra baş məşqçini Kosta Runyaiçdən Paolo Dzanettiyə dəyişdi

Futbol
Bu gün, 04:21

UEFA-ın ultimatumundan sonra FIFA sənədləri Şura üzvlərinə təqdim etməyə razılaşdı

Cüdo
Bu gün, 03:17

Dakar 2026 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusunun ilk qızıl medalı Bakıdadır

Oxşar xəbərlər