top
İlnur Vəliyev: “Rusiya pasportuna sahibəm deyə, bəzi problemlər yaranıb” Sport24.az
21 sentyabr 2024, 12:00
- ↺ +

İlnur Vəliyev: “Rusiya pasportuna sahibəm deyə, bəzi problemlər yaranıb”

Bir neçə il öncə böyük ümidlərlə  "Sumqayıt"a dəvət olunan İlnur Vəliyev "kimyaçılar"ın əsas komandasında özünə yer edə bilməyincə, yenidən Rusiyaya dönməli oldu. Ancaq İlnur Vətənində çox qalmayıb. Tatarıstandan olan qolkiper ikinci dəfə Azərbaycana qayıdıb. "Çərçivə qoruyucusu" I Liqada mübarizə aparan "Qaradağ Lökbatan"la anlaşıb. Vəliyev Sport24.az-a müsahibəsində ölkəmizə ikinci dönüşündən danışmaqla yanaşı, bizi maraqlandıran başqa sualları da cavablandırıb.

 

- Azərbaycana ikinci gəlişinlə bağlı fikirlərini bilmək istərdik...

- Azərbaycana qayıtmağı çoxdan planlaşdırırdım. Burda həm futbol oynamaq, həm də yaşamaq üçün şərtlər məni qane edir. Düşünürəm ki, bu dəfəki dönüşün daha faydalı olacaq. Üzərimdə çox çalışıb, özümü yaxşı tərəfdən göstərmək və yenidən elitada oynamaq istəyirəm.

 

- "Sumqayıt"dan ayrılmağına səbəb nə idi?

- Bu barədə danışmaq istəmirəm. Qısaca deyim ki, razılığa gələ bilmədik.

 

- Niyə məhz "Qaradağ Lökbatan"ı seçdin, başqa təkliflərin yox idi?

- Təkliflərim vardı. Sadəcə, daha çox oynaya, istədiyim formaya düşə biləcəyim komanda seçməliydim. Təkliflərim içində ən optimalı "Qaradağ Lökbatan"dan idi. Bu klubun I Liqada yetəri qədər təcrübəsi var. Ümumi götürəndə bu çempionat kifayət qədər rəqabətlidir. Fikrimcə, inkişaf etmək üçün I Liqa ən yaxşı variantdır.

 

- Komanda geridə qalan iki turda ardıcıl məğlubiyyətlər alır. Bunun səbəbi nədir?

- Hələ çempionat təzə başlayıb. Düşünürəm ki, oyundan-oyuna komandamız daha yaxşı çıxış edəcək və arzuolunan nəticələri qazanacaq. Əsas odur ki, buna inanaq və səylə çalışaq.

 

- "Qaradağ Lökbatan" hələ də səni sifariş ərizəsinə daxil edə bilməyib. Sənədləşmə məsələsində nə problem var?

- Belə ləngimənin olacağını gözləmirdim. Rusiya pasportuna sahibəm deyə, bəzi problemlər yaranıb. Amma növbəti tura kimi bu həll olunacaq.

 

 

- "Sumqayıt"da çıxış edərkən saytımıza açıqlama vermişdin ki, Azərbaycan vətəndaşlığı almaq və yığmada oynamaq istəyirsən. Bu arzu yenə var?

- Əlbəttə. Yenidən Azərbaycana gəlməyimin səbəblərdən biri də bu ölkənin pasportunu almaqdır. Ümid edirəm ki, yaxşı performans sərgiləməklə də bunu sübut edəcəm. Çox istəyirəm ki,  Azərbaycan millisində oynayım.

 

ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Oxşar xəbərlər