"Kəpəz"in futbolçusu İlkin Qırtımov Bakıda cərrahiyyə əməliyyatı olunub.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əməliyyat uğurla aparılıb. İlkinin bərpa müddəti 3 həftə çəkəcək.
Qeyd edək ki, təcrübəli müdafiəçiyə diz oynağının medial meniskin yırtığı diaqnozu qoyulub.
İdman.biz