Minifutbol üzrə Azərbaycan çempionatına start verilib. Sport24.az xəbər verir ki, 2024/25 mövsümünün I turunun ilk günündə 3 matç baş tutub.
Mövsümün açılış oyununda "Laçın" "Şamaxı"dan üstün olub. "AzNur" isə "Çinar Zəngilan"a qalib gəlib. Günün ən məhsuldar görüşündə "Star Bakı" "Siyəzən"i üstələyib.
Qeyd edək ki, tura bu gün yekun vurulacaq.
Azərbaycan çempionatı
I tur
2 oktyabr
"Şamaxı" – "Laçın" – 2:3
"AzNur" – "Çinar Zəngilan" – 3:2
"Star Bakı" – "Siyəzən" - 8:2