Misli Premyer Liqasının XVIII turuna və ümumiyyətlə, 2024-cü "futbol ili"nə "Tofiq Bəhramov"da yekun vurulacaq. Sport24.az xəbər verir ki, ölkənin ikinci ən böyük arenasında lider "Qarabağ" ikinci pillədə qərarlaşan "Araz-Naxçıvan"ı qəbul edir.
Oyunun nəticəsindən asılı olmayaraq, ağdamlılar qış çempionluğunu təmin edibsə, Naxçıvan təmsilçisinin fasiləyə ikinci yerdə yollanacağı dəqiqləşib.
Qeyd edək ki, Rəvan Həmzəzadənin idarə edəcəyi qarşılaşmanın start fiti 16:30-da səslənəcək.
Misli Premyer Liqası
II dövrə, XVIII tur
16:30. "Qarabağ" - "Araz-Naxçıvan"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.