top
İki oyun, iki hədəf: Kapitanın arzuları – TƏHLİL İdman.biz
31 avqust 2024, 12:36
- ↺ +

İki oyun, iki hədəf: Kapitanın arzuları – TƏHLİL

Azərbaycan millisinin sentyabr matçlarına çağırılan futbolçularının statistik göstəriciləri bəlli olub.

İdman.biz baş məşqçi Fernandu Santuşun ilk siyahısında yer alanların oyun və qol göstəricilərini təqdim edir.

Debüt olmayacaq!

Millətlər Liqasının İsveç və Slovakiya ilə matçlarında heç bir debüt gerçəkləşməyəcək. Çünki bütün futbolçular əvvəllər də mili forması geyinib. Söhbət Santuşun 24 nəfərlik siyahısından gedir. Portuqaliyalının özü isə millimizdə debüt edəcək. Üstəlik, sonradan da kiminsə çağırılması da mümkündür.

Yığmanın "ağsaqqal"ı

Santuşlu millinin ən təcrübəli futbolçusu Bədavi Hüseynovdur. Müdafiəçi yığmada 71 matç keçirib. Bu göstəricidə karyerasını davam etdirənlər arasında rekordçu olan Bədavini Ramil Şeydayev izləyir. Onun hesabında 63 oyun var. Digərləri isə "100"ü yarılamayıb.

Kapitan "50"yə çatır

Hazırkı heyətdə yalnız iki futbolçu 50 səddini fəth etsə də, bu rəqəm artıq İsveçlə matçda 3-ə çata bilər. Millinin kapitanı Emin Mahmudovun hesabında 49 görüş var. Növbəti sınaq onun üçün yubiley xarakteri daşıyacaq. Bunun üçün sadəcə meydana çıxmaq kifayətdir.

Qurban Qurbanovla şərikliyə son?

Kapitanın "50"yə çatmaq hədəfindən başqa qolla bağlı məqsədi də var. Emin həm də millinin tarixinin ən yaxşı bombardiri adına şərikdir. Yarımmüdafiəçi 14 qol vuran Qurban Qurbanova şərikdir. Növbəti bir qol Mahmudovu mütləq rekordçu edəcək. Sentyabrda bunun üçün 180 dəqiqə imkan yarana bilər. Bir qol həm yubiley – 15-ci olacaq, həm də yeni rekordla tarixə düşəcək.

Yubileyi gözləyənlər

Daha 6 futbolçu yubiley matçını gözləyir. Toral Bayramovla Coşqun Diniyev 25-ci, Elvin Camalovla Rahil Məmmədov 20-ci, Rüstəm Əhmədzadə 10-cu dəfə milli forma geyinmək üçün həm İsveç, həm Slovakiyaya qarşı oynamalıdır. Amin Seydiyev isə artıq ilk matçında "10"a çatacaq.

Təcrübəsiz qapı

Millinin ən təcrübəsiz xətti qapıdır. Santuşun siyahısındakı üç qapıçısının hərəsi cəmi 1 dəfə şans qazanıb. Bu a təcrübəlilərin yoxluğu ilə bağlıdır. Şahruddin Məhəmmədəliyev zədəlidirsə, Səlahət Ağayev birinci liqa klubundadır.

Bədavi Hüseynov

71

1

Ramil Şeydayev

63

10

Emin Mahmudov

49

14

Bəhlul Mustafazadə

30

1

Renat Dadaşov

30

3

Coşqun Diniyev

23

0

Toral Bayramov

23

2

Aleksey İsayev

22

1

Abbas Hüseynov

21

0

Elvin Cəfərquliyev

21

1

Elvin Camalov

18

0

Rahil Məmmədov

18

0

Qismət Alıyev

11

0

Amin Seydiyev

9

0

Rüstəm Əhmədzadə

8

0

Ozan Can Kökçü

7

0

Ceyhun Nuriyev

4

0

Emil Mustafayev

4

0

Şəhriyar Əliyev

3

0

Xəyal Nəcəfov

2

0

Mehdi Cənnətov

1

-1

Nəriman Axundzadə

1

0

Rza Cəfərov

1

0

Yusif İmanov

1

-4

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda İsveç yığması ilə, sentyabrın 8-də isə Koşitse Futbol Arenasında Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Futbol
Bu gün, 13:00

Van Deyk yeni “Matrix” görünüşü ilə milli düşərgəsinə gəldi, amma eyni gündə ayrıldı

Qarabağ FK
Bu gün, 13:00

Vaqif Sadıqov: Neftçi əvvəlki mövqeyini bərpa edərək Premyer Liqada rəqabəti artır

Futbol
Bu gün, 12:45

Joan Laporta “Golden Boy” mükafatının “İlin ən yaxşı prezidenti” seçildi

Futbol
Bu gün, 12:40

Roberto D'Aversa Sassuolo klubunun yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Oxşar xəbərlər