"Arsenal" və "Liverpul" Barselona"nın 27 yaşlı yarımmüdafiəçisi Frenki de Yonqla maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "TBR Football" məlumat yayıb.
Bildirilir ki, hər iki ingilis klubu niderlandlı futbolçunun gələn yay mümkün transferini müzakirə etmək üçün artıq Kataloniya təmsilçisi ilə əlaqə saxlayıb.
Qeyd edək ki, Yonq bu mövsüm bütün turnirlərdə ümumilikdə 24 matçda iştirak edib, o, iki qol vurub və bir məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.