"Barselona" heyətini Malidəki "Academie Africa Foot"un iki futbolçusu ilə gücləndirib.
İdman.biz xəbər verir ki, kataloniya klubu İbrahim Diarra (18 yaş) və Aruna Traore (17 yaş) müqavilə bağlayıb.
Hər iki oyunçu yanvarın 1-dən "Barselona Atletik"in heyətində çıxış etməyə başlayacaq.
Qeyd edək ki, Diarra yarımmüdafiənin mərkəz və sağ cinahında, Traore isə sol və mərkəz hücumçusu mövqelərində oynayır.
İdman.biz