top
İki akademiya arasında “soyuq müharibə” Sport24.az
14 iyul 2024, 11:54
- ↺ +

İki akademiya arasında “soyuq müharibə”

Artıq iki həftəyə yaxındı ki, "Sumqayıt" Futbol Akademiyası ilə "Sabah"ın akademiyası arasında "soyuq müharibə" davam edir. "Kimyaçılar"ın akademiyasının koordinatoru Hakan Sünal "bayquşlar"ın akademiyasının skaut departamentinin rəhbəri Rövşən Babayevi etika qaydalarını pozmaqda, "Sumqayıt"la müqaviləsi olan futbolçuları "oğurlmaq"da ittiham edir. Onun sözlərinə görə, Babayev klub rəhbərliyinə müraciət etmədən, rəhbər şəxslərdən heç kimlə danışmadan müxtəlif şirnikləndirici vədlərlə (daha yüksək maaş, imza pulu) gənc və yeniyetmə sumqayıtlıları "Sabah"a aparmağa çalışır. Hakan bəyin iddiasına əsasən "Sabah" rəsmisi gizli şəkildə Sumqayıta səfər edərək maraq dairələrində olan uşaqlar və onların valideynləri ilə görüşüb, onlara daha yaxşı şərtlər təklif etməklə "bayquşlar"ın düşərgəsinə dəvət edib.

 

Ancaq Babayev mətbuata açıqlamasında bu ittihamlarla razılaşmayaraq, heç bir yeniyetmə və gəncə pul təklif etmədiklərini bildirib. Ancaq onu da etiraf edib ki, maraq dairələrində olan futbolçularla görüşüb və onlara klublarını dəyişməyi təklif edib. Və addımını belə əsaslandırıb ki, hər bir akademiya güclənməyi düşünür. Onu da qeyd edib ki, hətta "Sabah"ın futbolçularına da başqa klublardan təkliflər gəlir.

 

Bu məsələdə kimin düz, kimi səhv, söylənilənlərin nə dərəcədə doğru olduğunu ortaya çıxarmaq üçün Babayevin "Sabah"a aparmaq istədiyi uşaqların valideynləri ilə danışmağa qərar verdik.

 

U-17 millisinin üzvü Emin Həsənovun atası Səlim Həsənov saytımıza açıqlamasında belə görüşün olduğunu etiraf edib: "Sabah" hələ ötən mövümün starında oğlumu "rənglərinə bağlamağı" düşünürdü. Bizə təklif gəlmişdi. Lakin həmin vaxt klubu dəyişməyi lazım bilmədik. Bu günlərdə  "Sabah"ın skaut departamentinin rəhbəri Rövşən Babayev növbəti dəfə bizimlə əlaqə saxladı. Görüşdük, bəzi məsələlər barədə fikir mübadiləsi apardıq. Əmin olun ki, görüş zamanı pul söhbəti olmayıb. Sadəcə, deyildi ki, perspektivli futbolçu kimi Emini "Sabah"da görmək istəyirik. Təklifə görə, Rövşən müəllimə "çox sağ ol" dedim və onu da bildirdim ki, hazırda klubu dəyişmək fikrimiz yoxdu. Emin karyerasını "Sumqayıt"da davam etdirəcək".

 

"Bayquşlar"ın sıralarına qatmaq istədiyi daha bir gənc "Sumqayıt"ın U-16-nın üzvü Əli Əhmədovdu. Əlinin atası Xəyyam bəy də "Sabah" rəsmisi ilə görüşdüyünü söylədi: "Sabah"ın təklif göndərdiyi 4 uşaqdan biri də mənim oğlum olub. Rövşən müəllim zəng vurdu, görüşdük. Əlini akademiyalarında görmək istədiklərini vurğuladı. Aramızda heç bir pul söhbəti olmadı. Sadəcə, Rövşən müəllim gələcək perspektiv üçün "Sabah"ın Futbol Akademiyasında daha yaxşı şəraitin olduğunu söylədi. Söhbət zamanı Əlinin "Sumqayıt"da qalacağını bildirdim və vidalaşdıq".

 

U-19 futzal millisinin şərəfini qoruyan Pünhan Qasımzadənin atası Nizaməddin Qasımov isə digər valideynlərdən fərqli övladının "Sabah" yollanmsını istədiyini söylədi: "Söhbət heç də puldan getmir. Babayevlə aramızda nə maaş, nə pul söhbəti olub. Fikirləşdim ki, övladım "Sabah"da daha da inkişaf edə bilər. Bu səbəbdən təklifi qəbul etdik".

 

Göründüyü kimi valideynlər "Sumqayıt" rəhbərliyinin xəbəri olmadan "Sabah" rəsmisi ilə görüşdüklərini etiraf ediblər. Ancaq onu da bildiriblər ki, Babayev akademiyanı dəyişmək üçün heç kimə pul təklif etməyib. Sadəcə, onun "Sumqayıt"la müqaviləsi olan yeniyetmə və gənclərlə klub rəsmilərinin xəbəri olmadan birbaşa əlaqəyə girməsi "kimyaçılar"ın rəhbərliyində narazılıq doğurub. O ki qaldı Babayevin valideynlərlə görüşdə "Sumqayıt" Futbol Akademiyasında şərait istənilən səviyyədə deyil, biz daha yaxşısını təklif edirik" söyləməsinə, "hər kəs ayağını yorğanına görə uzadır" məsələsini xatırladır. Ola bilsin, "Sabah"da şərait yüksək səviyyədədi. Ancaq bu əsas vermir ki, müqaviləsi olan futbolçu ilə istədiyin an, istədiyin yerdə görüşəsən. Hər halda bu həm etik, həm də hüquqi baxımdan yanlış addımdı.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Digər
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci turun mübahisəli epizodlarına aydınlıq gətirdi - VİDEO

Digər
Bu gün, 18:26

Kerem Aktürkoğlu körpüləri yandırdı: Geri qayıtmaq istəyir

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu: “Neftçi” bu mövsüm çempion olacaq”

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Cüdo
Bu gün, 17:30

Eşitmə məhdudiyyətli idmançılar üçün cüdo Avropa çempionatı Azərbaycanda keçirilməsi qürurvericidir

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Futbol
Bu gün, 16:33

PSJ Borussia qapıçısı Qregor Kobeli transfer etmək istəyir

Oxşar xəbərlər