Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisinin III MDB Oyunları çərçivəsində keçiriləcək final görüşü öncəsi son məşqi baş tutub.
İdman.biz xəbər verir ki, yığmamız A qrupunda keçirdiyi ilk oyununda Tacikistanı 1:0 hesabı ilə məğlub edib.
Komandamız ikinci matçında Qırğızıstanı 4:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Millimiz sabah final oyununda Rusiya ilə qarşılaşacaq.
U-16 komandamızın məşq prosesindən hazırlanan fotoreportajı təqdim edirik: