top
İfeanyi Metyu: MOİK matçı, uyğunlaşma, Abubakar və Qarabağ derbisi haqqında - MÜSAHİBƏ Idman.biz
30 oktyabr 2025, 14:56
- ↺ +

İfeanyi Metyu: "MOİK matçı, uyğunlaşma, Abubakar və Qarabağ derbisi haqqında" - MÜSAHİBƏ

"Xeyr, arxayınlaşmadıq. Sadəcə ola bilər bir qədər konsentrasiya çatışmazlığı oldu".

Bunu "Neftçi"nin yarımmüdafiəçisi İfeanyi Metyu futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Kubok oyununda MOİK üzərində 6:2 hesablı qələbə qazanmaqla 1/8 finala yüksəldiniz. Qarşılaşma ilə bağlı nə deyə bilərsiniz?

- Yaxşı oyun keçirdik. Xeyli qol şansımız oldu. Yekunda 6 dəfə fərqlənə bildik. Mərhələ adladıq, artıq qarşıdakı oyunları düşünməliyik.

- 3:0-dan sonra sanki komanda dayandı. Nəticədə hesab arasındakı fərq minimuma endi. Bu, aryaxınçılqıdan irəli gəlirdi?

- Xeyr, arxayınlaşmadıq. Sadəcə ola bilər bir qədər konsentrasiya çatışmazlığı oldu. Bundan başqa, müdafiədə də müəyyən səhvlərə yol verdik. Bu da qapımızda iki qol görməyimizə gətirib çıxardı.

- Komandaya artıq tam uyğunlaşa bilmisiniz?

- Hər şey addım-addım baş verir. Yeni ölkədəyəm, yeni mühit, yeni komanda. Təbii ki, zaman mütləq lazımdır. Komandada ab-hava əladır və bu da uyğunlaşmanı daha rahat keçməyimə kömək olur.

- MOİK-lə matçda start heyətində meydana çıxdınız. Necə düşünürsünüz, növbəti oyunda da bu şansı qazanacaqsınız?

- Əlbəttə, mən hər oyunda start heyətində yer almağı istəyərəm. Lakin bu, tək məndən asılı deyil. Üzərimə düşən məşqlərdə tam gücümlə çalışıb start heyətində yer almağa layiq olduğumu göstərməkdir.

- Abubakarın gəlişindən sonra "Neftçi"nin daxilində nə dəyişib?

- Abubakar çox güclü futbolçudur. Bunu hamı bilir. Səviyyəsini artıq ilk oyunlardan ortaya qoyub. Onun gəlişi ilə komandanın özünəinamı, səviyyəsi daha da artıb. Çox şadam ki, belə bir futbolçu ilə birlikdə çıxış edirəm.

- Abubakarın kamerunlu, sizin isə nigeriyalı olduğunuzu nəzərə alsaq, uyğunlaşma prosesində ona kömək edərsiniz?

- Əlbəttə, məndən nəsə istəyəndə, üzərimə düşəni edirəm. Amma Abubakarın ünsiyyət qurmaqla bağlı problemi yoxdur. Komanda daxilində ünsiyyət çox vacibdir və o, bunu bacarır. İlk gündən hamı ilə çox yaxşı münasibət qurub.

- Qarşıdan "Kəpəz", daha sonra isə "Qarabağ"la oyun gəlir. Bu qarşıdurmanı Azərbaycan derbisi də adlandırırlar və azarkeşlər artıq indidən həmin matçı düşünürlər. Ümumiyyətlə, "Qarabağ" haqqında nələr bilirsiniz və "Neftçi" derbidə azarkeşlərini sevindirə biləcək?

- "Qarabağ" haqda məlumatım var. Çox güclü komandadır. Fantastik futbolçuları var. Onlara hörmət edirik. Lakin biz də meydana uğur qazanmaq üçün çıxacağıq. Çünki məqsədimiz hər matçda yaxşı nəticə əldə etməkdir. Azarkeşlər rahat olsunlar, "Qarabağ"a qarşı bacardığımızın ən yaxşısını edəcəyik.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Futbol
Bu gün, 08:40

Skott Parker, Vest Hem-in yeni baş məşqçisi oldu

Futbol
Bu gün, 08:05

"İnter" Ikardi üçün transfer planında deyil - Marotta açıqlaması

Futbol
Bu gün, 08:00

İngiltərə klubu Said El-Malanı və qardaşı Malek El-Malanı transfer etmək istəyir

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Oxşar xəbərlər