"Turan Tovuz" heyətini daha bir legionerlə gücləndirib.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Son olaraq Fransa təmsilçisi "Sent-Etyen"də oynayan İbrahima Vadji ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Molde" və "Haugesund", ölkəmizdə isə "Qarabağ"ın formasını geyinib.
İdman.biz