top
İbrahim Uzunca Xankəndidə uşaq futboluna rəhbərlik edəcək, yeni baş məşqçi axtarışı başlayıb Idman.biz
06 yanvar 2026, 16:57
- ↺ +

İbrahim Uzunca "Xankəndi"də uşaq futboluna rəhbərlik edəcək, yeni baş məşqçi axtarışı başlayıb

Azərbaycan İkinci Liqasında "Xankəndi" futbol klubunun baş məşqçisi İbrahim Uzuncanın gözlənilməz istefasının detalları məlum olub.

Komandanın kapitanı Əziz Hüseynov İdman.Biz-ə açıqlamasında bildirib ki, türkiyəli mütəxəssis bundan sonra klubda uşaq futboluna rəhbərlik edəcək və koordinator vəzifəsinə təyin olunub.

"Bundan sonra İbrahim Uzunca klubda uşaq futboluna cavabdeh olacaq və "Xankəndi"də yaradılan futbol akademiyasının koordinatoru təyin edilib. Məsələ burasındadır ki, baş məşqçimiz eyni vaxtda iki işdə çalışırdı və fiziki cəhətdən buna tab gətirməkdə çətinlik çəkirdi. Klub rəhbərliyi də qərara gəldi ki, o, yeni vəzifəsində məhz uşaq futbolu üzrə mütəxəssis kimi daha faydalı olacaq", - deyə Əziz Hüseynov bildirib.

O fikrini davamında söyləyib ki, klub hazırda üç futbol mütəxəssisi ilə danışıqlar aparır və yaxın zamanda seçim edəcək.

"Əlavə olaraq onu deyə bilərəm ki, komandanın yeni baş məşqçisi yerli mütəxəssis olacaq, əcnəbi yox. Biz birinci liqaya yüksəlməyi və orada uğurla çıxış etməyi planlaşdırdığımız məşqçi ilə çalışmaq niyyətindəyik", – deyə "Xankəndi"nin kapitanı qeyd edib.

Qeyd edək ki, "Xankəndi" hazırda turnir cədvəlində 39 xalla ikinci pillədə qərarlaşıb. Komandanın xalı lider "Qaradağ Lökbatan"la eynidir.

Vüqar Vüqarlı

14:05

İbrahim Uzunca ilə yolları ayıran "Xankəndi" yeni baş məşqçi axtarışına çıxıb.

İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, rəhbərlik komandanın "sükanı arxasına" klubun iddiasına cavab verəcək mütəxəssis dəvət etmək niyyətindədir.

Bildirilib ki, qarşısına Birinci Liqaya yüksəlmək məqsədi qoyan klubun ilk namizədi İkinci Liqada əsas rəqibi olan "Qaradağ Lökbatan"ın çalışdırıcısı Qəzənfər Abbasov olub. Rəsmilər hətta bununla bağlı sumqayıtlı məşqçiyə təklif göndəriblər. Ancaq Q.Abbasov hazırkı iş yerindən ayrılmaq istəmədiyini, qəsəbə təmsilçisində hər şeyin onu qane etdiyini bildirib.

Hazırda boş qalan posta əsas namizəd mövsümün gedişində "Şəmkir"dən ayrılan Vüqar Nadirovdur. Artıq V.Nadirovla danışıqlar yekunlaşıb və fors-major yaşanmasa yaxın günlərdə onun təyinatı ictimaiyyətə açıqlanacaq.

10:00

Türkiyəli mütəxəssis İbrahim Uzunca Azərbaycan İkinci Liqasında çıxış edən "Xankəndi" komandasının baş məşqçi vəzifəsindən ayrılıb.

İdman.Biz xəbər verir ki, bu barədə "Xankəndi" Futbol Klubu məlumat yayıb.

O, "Xankəndi" Futbol Akademiyasında uşaq futbolu üzrə koordinator vəzifəsinə təyin olunub.

Yeni vəzifəsində İbrahim Uzunca klubun uşaq futbolunun inkişafı və akademiya sisteminin formalaşdırılması istiqamətində fəaliyyət göstərəcək.

Komandanın yeni baş məşqçisinin yaxın günlərdə bəlli olacağı vurğulanıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Bu gün, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Bu gün, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Bu gün, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Bu gün, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Bu gün, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Bu gün, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Bu gün, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Bu gün, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Bu gün, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Bu gün, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Bu gün, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Bu gün, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Bu gün, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Futbol
Bu gün, 18:26

Kerem Aktürkoğlu mövsüm sonunda Fənərbaxçadan ayrılaraq Avropaya qayıtmağı planlayır

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu Rüfət Quliyev: “Neftçi” bu mövsüm çempion olacaq

Oxşar xəbərlər