top
İbrahim Sanqare: Qəbələ iddialı layihə təklif etdi və bu, məni razı saldı - MÜSAHİBƏ Idman.biz
11 avqust 2025, 16:22
- ↺ +

İbrahim Sanqare: "Qəbələ" iddialı layihə təklif etdi və bu, məni razı saldı" - MÜSAHİBƏ

"Qəbələ"nin yeni transferlərindən olan fransalı hücumçu İbrahim Sanqarenin Futbolinfo.az-a müsahibəsi

– "Qəbələ"yə keçidiniz necə alındı? Başqa təklifləriniz də var idi? Nəyə görə "Qəbələ" variantını üstün tutdunuz?

– Transfer danışıqları yaxşı keçdi. Başqa variantlarım da var idi, amma "Qəbələ" iddialı bir layihə təklif etdi və bu, qısa zamanda məni razı saldı. Ona görə də hazırda "Qəbələ"dəyəm.

– Yeni klubunuzla bağlı ilkin təəssüratınız necədir? "Qəbələ"də sizi necə qarşıladılar?

– Çox yaxşı qarşılandım. Klub əla təşkil olunub və hər kəs mənimlə çox səmimi davranır. Burada ailə atmosferi var.

– Karyeranız ərzində Türkiyə klublarında da oynamısınız. Sizcə, bu məqam yeni komandanıza və Azərbaycan futboluna daha tez adaptasiya olmağınıza kömək edəcək?

– Əlbəttə. Türkiyə liqası tələbkardır və bu, mənə çempionata tez uyğunlaşmağı öyrətdi. Əminəm ki, karyeramın yeni mərhələsində də bu təcrübənin faydası olacaq.

– "Qəbələ" 1 illik fasilədən sonra Azərbaycan Premyer Liqasına qayıtdı və bir daha aşağı liqaya düşmək istəmir. Sizcə, yeni mövsümdə komandanız uğurlu performans göstərə biləcək?

– Bəli, komanda motivasiyalıdır və hər kəs məşqlərdə çox çalışır. Əgər birlikdə oynamağa davam etsək, uğurlu mövsüm keçirə bilərik.

– "Qəbələ"nin heyətində bir mövsüm ərzində neçə qol vurmağı qarşınıza məqsəd qoymusunuz? Rəqib müdafiəçilər üçün qorxulu hücumçu ola biləcəksiniz?

– Konkret bir say deyə bilmərəm. Amma istəyirəm ki, təhlükəli hücumçu olum və "Qəbələ"yə qələbələr qazandırım.

– "Qəbələ"yə keçənə qədər Azərbaycan çempionatında çıxış edən futbolçulardan kimləri tanıyırdınız?

– Tanıdığım oyunçu bu yay "Şamaxı"dan "Zirə"yə keçən Brahim Konate idi. O, mənim dostum, qardaşımdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:59

Juventus, Atalanta'nın sol müdafiəçisini transfer siyahısına əlavə edib

Futbol
Bu gün, 11:30

Neftçi və Spartak (Vilnius) komandalarının veteranları 75 ildən sonra Tofiq Bəhramov stadionunda görüşəcək

Cüdo
Bu gün, 11:00

Dünya cüdo çempionatı Bakıda başladı: İlk gündə 4 azərbaycanlı tatamiyə çıxdı

Qarabağ FK
Bu gün, 10:30

Kamilo Duran Kolumbiya millisinin yığmasında ilk dəfə meydan gördü

Futbol
Bu gün, 09:42

Argentina futbol millisi Burkina-Fasoya 7-0 məğlubiyyət verdi

Futbol
Bu gün, 07:11

Yamal yenə altıncı dəqiqədən əvvəl qol vurdu

Futbol
Bu gün, 06:31

Finlandiya millisinin baş məşqçisi Ronaldoya zarafat etdi, jurnalistlər sükutla qarşıladı

Futbol
Bu gün, 05:27

Biliç 0:7 məğlubiyyətdən sonra emosional açıqlama verdi: “Bu oyunu unutmamaq lazımdır”

Futbol
Bu gün, 04:19

Brunu Fernandeş Ronalduyu müdafiə edərək Portuqaliya Futbol Federasiyasını problemi həll etməyə çağırır

Futbol
Bu gün, 01:34

Klopp Yunanıstanın qələbəsini layiqli hesab edir, revanş öncəsi hazırdır

Futbol
Bu gün, 00:53

Tuchel: “7-0 qələbə zamanı oyun bir an belə dayanmadı”

Qarabağ FK
Dünən, 20:58

Qarabağ məşqçisi Qurban Qurbanov: “Zirə ilə 3:1 qalibiyyəti, milli oyunçuların yüklənməsi və gələcək qarşılaşmalar üçün möhkəm hazırlıq vacibdir”

Futbol
Dünən, 20:17

Litva millisinin baş məşqçisi: “Biz Bakıdakı matça qələbə ilə çıxacağıq”

Futbol
Dünən, 20:14

Azərbaycan U-20 millisi Moldovaya qarşı 1:0 məğlubiyyət aldı;

Futbol
Dünən, 19:56

“Qəbələ” Yapon U‑20 yığmasına 1:3 hesabı ilə məğlub oldu

Qarabağ FK
Dünən, 19:26

Qarabağ, Zira üzərində 3:1 qalibiyyəti ilə üstünlük qazandı

Futbol
Dünən, 17:45

Rahid Əmirquliyev: Heyətin potensialı qələbələrə yol açır

Futbol
Dünən, 16:30

“Qəbələ” heyətinə albaniyalı yarımmüdafiəçi Endri Çekiçi qatıldı

Gimnastika
Dünən, 11:25

İtaliyada keçirilən 5-ci Aere Trampoline Cup turnirində Azərbaycan gimnastları beş qızıl və bir gümüş medal qazandı

Futbol
Dünən, 11:12

Müdafiəçi Rüfət Abbasov: "Yalnız qələbə üçün hazırıq"

Futbol
Dünən, 11:07

Ayxan Abbasov: Litva qarşısında daha yaxşı oyun göstərməliyik

Futbol
Dünən, 09:00

U-20 millimiz Qəbələdə Moldova ilə yoldaşlıq oyunu keçirir

Futbol
Dünən, 08:00

Liverpool, Alman futbolçu Florian Wirtzi performansını yaxşılaşdırmasa, 2027-ci ildə transferə çıxara bilər

Futbol
Dünən, 05:10

Barcelona Artur Diasın transferi üçün Rafinha’dan kömək gözləyir

Oxşar xəbərlər