I Liqanın debütantı "Baku Sportinq" heyətini serbiyalı futbolçu ilə gücləndirib. Sport24.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Luka Stevanoviçlə 1 illik müqavilə imzalanıb.
26 yaşlı yarımmüdafiəçinin son klubu Serbiya təmsilçisi "Hayduk 1912" olub.