Bu gün I Liqada 7-cı tura yekun vurulub. Sport24.az xəbər verir ki, sonuncu oyun günündə 4 qarşılaşma baş tutub.
"Baku Sportinq" öz meydanında "Xankəndi" ilə (0:0), "Səbail" "doğma divarlar" arasında "Gəncəbasar"la (2:2) "sülh" bağlayıb. "Zaqatala" - MOİK matçında da qalib müəyyənləşməyib - 1:1. "Karvan- Yevlax" isə "Şimal"ı 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, turun dünən baş tutan "Minçəçevir" - Şahdağ Qusar" matçında meydan sahibləri meydana çıxmaqdan imtina ediblər.