top
Hüseynəli Quliyevdən İmişliyə keçid, hazırlıq prosesi və baş məşqçi haqda fikirlər Idman.biz
01 avqust 2025, 11:33
- ↺ +

Hüseynəli Quliyevdən "İmişli"yə keçid, hazırlıq prosesi və baş məşqçi haqda fikirlər

"İmişli"nin yeni transferi Hüseynəli Quliyevin Futbolinfo.az-a müsahibəsi

– Söhbətə ötən mövsümdən başlayaq. Hansı səbəblər sabiq klubunuz "Səbail"in Premyer Liqanı tərk etməsinə gətirib çıxartdı?

– Bir klub yüksək liqanı tərk edirsə, deməli, hər kəsin səhvi var. Yəni sırf hansısa şəxslərlə məhdudlaşdırmaq olmaz, hamı bu mövzuda günahkardır.

– "İmişli"yə keçidinizlə bağlı nə deyə bilərsiniz? Başqa təklifləriniz də var idi? Nəyə görə bu variantı üstün tutdunuz?

– Başqa variantlarım da var idi. Ancaq daha çox oynaya biləcəyim kluba keçmək istədim. "İmişli" ilə müqavilə bağladığım üçün xoşbəxtəm.

– "İmişli" Premyer Liqaya hazırlıq çərçivəsində növbəti yoxlama oyununu "Karvan-Yevlax"a qarşı keçirdi. Həm bu görüş (1:2), həm də hazırlıq prosesi haqda fikirlərinizi bildirərdiniz…

– Düzdür, "Karvan-Yexlax"a məğlub olduq, ancaq bu, hazırlıq prosesinin əvvəlidir. Hələ düzəltməli olduğumuz şeylər var. İnanırıq ki, mövsümün startına qədər çatışmazlıqları aradan qaldıra biləcəyik.

– Premyer Liqaya qayıtdığı ilk ildə "İmişli"nin hədəfi nə olacaq? Komanda neçənci yerlər uğrunda mübarizə aparacaq gücdədir?

– Qarşımıza hər hansı bir yeri tutmaq hədəfi qoyulmayıb. Amma biz özümüz komandanın yaxşı yerlərdə olmağı üçün əlimizdən gələni edəcəyik. Klubun məqsədi isə Azərbaycan futboluna xeyir verməkdir.

– "İmişli" rəhbərliyinin baş məşqçi postuna yerli mütəxəssis deyil, o qədər də tanınmayan Xorxe Kaskilyanı gətirməsi birmənalı qarşılanmadı. Onunla bağlı ilkin təəssüratınız necədir? Məşqçi kimi özəlliyi nədir?

– Hər bir futbolçunun bu məsələyə peşəkar yanaşması lazımdır. Yəni Xorxe Kaskilya haqda mediada yazılanlar bizi maraqlandırmır. Hazırda komandamızın məşqçisi odur və onun tapşırıqlarını yerinə yetirməliyik.

– "Səbail"in Premyer Liqadan düşməsinə baxmayaraq, ötən mövsüm çoxlu kritik seyvlərlə yadda qalmışdınız. "İmişli"nin heyətində yeni mövsümdə daha yaxşı performans göstərə biləcəksiniz?

– Ötən mövsümdə meydanda əlimdən gələni etdim. İnşallah, bu mövsüm də iştirak etdiyim hər bir oyunda maksimum gücümü ortaya qoyacağam və fərdi məşqlərlə çatışmayan cəhətlərimi düzəltməyə çalışacağam.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 01:29

“Arsenal” dünya çempionunu transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Digər
Bu gün, 00:18

Levandovski “Qızıl top” uğrunda mübarizədə üç futbolçunu fərqləndirdi

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Digər
Dünən, 22:32

Azərbaycan və Qazaxıstan güləş federasiyaları arasında əməkdaşlıq müzakirə olunub - FOTO

Digər
Dünən, 22:31

“Şamaxı”da yeni təyinat

Digər
Dünən, 22:24

“Barselona”nın “Real Madrid”lə oyunda sağ cinah müdafiəçisi müəyyənləşir

Digər
Dünən, 22:20

"Sabah Arena"da "Masazır tribunası"

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Digər
Dünən, 22:02

"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb;

Digər
Dünən, 21:56

“Sabah”da yeni transfer

Digər
Dünən, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Dünən, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Dünən, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Digər
Dünən, 21:26

Ronaldo üçün şərtlər açıqlandı

Digər
Dünən, 21:11

Kişi voleybolçular arasında Super Liqanın 2026/2027 mövsümünə sabah start veriləcək;

Oxşar xəbərlər