top
Hüseynəli Quliyev: Xorxe Kaskilya haqda mediada yazılanlar bizi maraqlandırmır Idman.biz
01 avqust 2025, 11:42
- +

Hüseynəli Quliyev: "Xorxe Kaskilya haqda mediada yazılanlar bizi maraqlandırmır"

"İmişli"nin yeni transferi Hüseynəli Quliyevin Futbolinfo.az-a müsahibəsi

– Söhbətə ötən mövsümdən başlayaq. Hansı səbəblər sabiq klubunuz "Səbail"in Premyer Liqanı tərk etməsinə gətirib çıxartdı?

– Bir klub yüksək liqanı tərk edirsə, deməli, hər kəsin səhvi var. Yəni sırf hansısa şəxslərlə məhdudlaşdırmaq olmaz, hamı bu mövzuda günahkardır.

– "İmişli"yə keçidinizlə bağlı nə deyə bilərsiniz? Başqa təklifləriniz də var idi? Nəyə görə bu variantı üstün tutdunuz?

– Başqa variantlarım da var idi. Ancaq daha çox oynaya biləcəyim kluba keçmək istədim. "İmişli" ilə müqavilə bağladığım üçün xoşbəxtəm.

– "İmişli" Premyer Liqaya hazırlıq çərçivəsində növbəti yoxlama oyununu "Karvan-Yevlax"a qarşı keçirdi. Həm bu görüş (1:2), həm də hazırlıq prosesi haqda fikirlərinizi bildirərdiniz…

– Düzdür, "Karvan-Yexlax"a məğlub olduq, ancaq bu, hazırlıq prosesinin əvvəlidir. Hələ düzəltməli olduğumuz şeylər var. İnanırıq ki, mövsümün startına qədər çatışmazlıqları aradan qaldıra biləcəyik.

– Premyer Liqaya qayıtdığı ilk ildə "İmişli"nin hədəfi nə olacaq? Komanda neçənci yerlər uğrunda mübarizə aparacaq gücdədir?

– Qarşımıza hər hansı bir yeri tutmaq hədəfi qoyulmayıb. Amma biz özümüz komandanın yaxşı yerlərdə olmağı üçün əlimizdən gələni edəcəyik. Klubun məqsədi isə Azərbaycan futboluna xeyir verməkdir.

– "İmişli" rəhbərliyinin baş məşqçi postuna yerli mütəxəssis deyil, o qədər də tanınmayan Xorxe Kaskilyanı gətirməsi birmənalı qarşılanmadı. Onunla bağlı ilkin təəssüratınız necədir? Məşqçi kimi özəlliyi nədir?

– Hər bir futbolçunun bu məsələyə peşəkar yanaşması lazımdır. Yəni Xorxe Kaskilya haqda mediada yazılanlar bizi maraqlandırmır. Hazırda komandamızın məşqçisi odur və onun tapşırıqlarını yerinə yetirməliyik.

– "Səbail"in Premyer Liqadan düşməsinə baxmayaraq, ötən mövsüm çoxlu kritik seyvlərlə yadda qalmışdınız. "İmişli"nin heyətində yeni mövsümdə daha yaxşı performans göstərə biləcəksiniz?

– Ötən mövsümdə meydanda əlimdən gələni etdim. İnşallah, bu mövsüm də iştirak etdiyim hər bir oyunda maksimum gücümü ortaya qoyacağam və fərdi məşqlərlə çatışmayan cəhətlərimi düzəltməyə çalışacağam.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:43

Bruno Fernandes 2026 Qızıl Top mükafatının namizədləri arasına daxil olub

Futbol
Dünən, 22:26

Fənərbağça müdafiəçisi Rodriqo Bekao Rusiyanın Rodina klubuna keçmək üzrə

Futbol
Dünən, 22:11

Fiorentina üç məğlubiyyətdən sonra Vanoli ilə yenidən baş məşqçi vəzifəsinə qayıtdı

Futbol
Dünən, 21:56

Xankəndi klubunun fiziki hazırlıq məşqçisi Ali Hənifəzadə təyin olundu

Futbol
Dünən, 21:26

Qəbələ Futbol Akademiyasında U-15‑U-19 komandalarına danışılmış oyunlar üzrə seminar keçirildi

Formula 1
Dünən, 20:30

Lando Norris İtaliya Qran-prisindən sonra isti hava səbəbindən özünü pis hiss etdi

Futbol
Dünən, 20:27

M.Salah Trabzonsporda Superliga debutunda 4 qol vurar, rekord qırdı

Futbol
Dünən, 20:23

“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemi ilə müqavilə imzalayıb

Futbol
Dünən, 20:10

Şəmkir və Şirvan uzaqda qalib gəldilər

Futbol
Dünən, 19:59

“Beşiktaş”–“Hapoel” matcı Batum, Gürcüstanda keçiriləcək

Digər
Dünən, 19:34

Azərbaycan badmintonçısı Keişa Fatimə Zəhra “Cameroon International 2026” turnirində qızıl medal qazandı

Futbol
Dünən, 19:29

Çempionlar Liqası I turunun oyunları Nepal daşqın qurbanları üçün sükutla başlayacaq

Futbol
Dünən, 19:01

Tural Qurbanov UEFA Gənclər Liqası çərçivəsində Borussia Dortmund – Villarreal matçının baş hakimi olacaq

Futbol
Dünən, 19:01

Tural Qurbanov UEFA Gənclər Liqasının Borussia Dortmund – Villarreal matçının baş hakimi olacaq

Digər
Dünən, 18:19

Patrik Makenti Belçikada keçirilən atçılıq turnirində ikinci yer tutdu

Futbol
Dünən, 18:00

“Barselona”nın keçmiş futbolçusu Kristian Tello karyerasını bitirdi

Futbol
Dünən, 18:00

Azərbaycan U-17 millisi Moldovada 2:0 məğlubiyyətlə qarşılaşdı

Futbol
Dünən, 17:52

Azərbaycan futbol millisinin üç oyunu üçün biletlər iticket.az‑dan satılır

Futbol
Dünən, 16:51

Arteta: Arsenalın ən çox bənzədiyi oyunçu Mikel Merinodur

Futbol
Dünən, 16:27

Niderlandın sabiq yarımmüdafiəçisi Corcinyo Veynaldum Al‑İttihad klubuna keçdi

Futbol
Dünən, 16:20

“Kəpəz” – “Qəbələ” oyununa bilet satışa çıxdı

Futbol
Dünən, 15:40

Sabah FK-nın Manchester United ilə çarter reysi və Old Trafford matçı üçün planı dəqiqləşdi

Digər
Dünən, 15:40

Azərbaycan‑Pakistan idman və gənclik sahəsində əməkdaşlıq müzakirə edildi

Cüdo
Dünən, 15:10

Kişi cüdo milli komandası Bakıda beynəlxalq təlim‑məşq toplanışına başladı

Oxşar xəbərlər