top
Hüseynəli Quliyev: İmişlidə əsas qapıçı olmaq üçün əlimdən gələni edəcəm Idman.biz
16 iyul 2025, 11:37
- ↺ +

Hüseynəli Quliyev: "İmişli"də əsas qapıçı olmaq üçün əlimdən gələni edəcəm

"Səbail"dən ayrılmağım peşəkar səbəblərlə bağlı idi. Premyer Liqada qalmağı karyeram baxımından daha uyğun hesab etdim. Klub rəhbərliyi ilə görüşdük və onlar da elitada çıxış etməklə bağlı qərarımı anlayışla qarşıladılar, razılığımız qarşılıqlı oldu".

İdman.biz xəbər verir ki, bu fikirləri Futbolinfo.az-a açıqlamasında qapıçı Hüseynəli Quliyev səsləndirib.

25 yaşlı futbolçu yeni klubu "İmişli"dən aldığı təklifin təxminən bir həftə əvvəl meneceri vasitəsilə gəldiyini bildirib: "Bu məsələni ətraflı müzakirə etdik və düşündük ki, gələcəyim üçün doğru addım olacaq. Hazırkı mərhələdə əsas məqsədim daha çox oyun praktikasına sahib olmaqdır. "İmişli"nin Azərbaycan futboluna daha geniş töhfə verməyi qarşısına məqsəd qoyması isə mənim üçün əlavə motivasiya oldu".

Komandadakı ilk təəssüratlarından danışan Quliyev yeni kollektivin çox səmimi və bir-biri ilə ünsiyyətli olduğunu vurğulayıb: "İlk gündən müsbət atmosfer hiss etdim. Premyer Liqaya yenicə vəsiqə qazanan klub olduğuna görə müəyyən çətinliklərin olması təbiidir. Amma zamanla hər şeyin düzələcəyinə və stabillik əldə olunacağına inanıram".

Gənc qapıçı yeni klubunda əsas heyətdə yer uğrunda mübarizə aparacağını da bildirib: "Əsas qapıçı olmaq üçün əlimdən gələni edəcəm. Həmişə sağlam rəqabət məni irəli aparıb. Belə şəraitdə həm fərdi inkişaf olur, həm də komanda güclənir. Bu da mənim üçün müsbət amildir".

O, məşqçilərin öz oyun fəlsəfələrini komandaya aşılamağa çalışdıqlarını deyərək, ortaq məqsədə çatmaq üçün hər kəsin məsuliyyətli davranmalı olduğunu qeyd edib: "Hər məşqçi uğur qazanmaq üçün sistemini və oyun baxışını futbolçulara ötürməyə çalışır. Biz də komanda olaraq verilən tapşırıqları düzgün yerinə yetirməliyik ki, uğurlu kollektiv formalaşsın".

Premyer Liqada ilk mövsümünü keçirəcək "İmişli"də məsuliyyətin hər bir futbolçunun üzərinə düşdüyünü bildirən Hüseynəli, şəxsi hədəflərindən də söz açıb: "Karyeramda mümkün qədər irəliləmək, daha yüksək səviyyələrə çatmaq istəyirəm. Legioner həyatı yaşamaq da planlarım arasında var. Milli komandaya dəvət almaq isə uşaqlıqdan bəri arzumdur. Ümid edirəm ki, futbolda qarşıma qoyduğum məqsədlərə çatacağam".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 19:45

U-17 ne‑vaza ACF Kubokunun ilk günündə 198 cüdoçu yarışdı

Cüdo
Bu gün, 19:33

Azərbaycan millisi Düşənbədə Qran-Pri cüdo turnirində beş medal qazanıb

Cüdo
Bu gün, 19:27

U-17 cüdoçuların ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri ACF-də elan edildi

Futbol
Bu gün, 19:04

Atletik 4-0 Xetafe: La Liqada dörd qol

Futbol
Bu gün, 18:59

Konyaspor Gənclərbirliyi 2-0 məğlub etdi

Güləş
Bu gün, 18:40

Ukraynada təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibov bürünc medal uğrunda mübarizə aparacaq

Futbol
Bu gün, 18:13

Real Madrid El‑Klasiko öncəsi qapıçısı Kurtua qrip səbəbiylə oyun verməyəcək

Futbol
Bu gün, 18:05

Azər Bağırov: "Rəqib heç nə yaratmadı, qolları öz səhvlərimizdən buraxdıq"

Futbol
Bu gün, 17:52

İmişli baş məşqçisinin Şamaxı qarşısında riskli taktikası qələbəyə yol açdı

Güləş
Bu gün, 17:43

Eldəniz Əzizli 55 kiloqram çəki kateqoriyasında dünya çempionu oldu

Futbol
Bu gün, 17:42

İnter, 98-ci dəqiqə qoluyla Fiorentina’yı məğlub etdi

Futbol
Bu gün, 17:38

Perkons: 2:1 Qələbə Üç Xalın Nəzarətində

Futbol
Bu gün, 17:29

Şəfa-2 3:2 hesabla Turan Tovuz-2-ni məğlub etdi

Futbol
Bu gün, 17:27

Milan, Luka Recciani-nin İtaliyaya dönüşü üçün çalışır

Futbol
Bu gün, 17:13

Klaudiya Rodriqes, Mark Kukurelyanın evdəki davranışlarını açıqladı

Voleybol
Bu gün, 16:58

Rakuv komandası Visla qarşısında 1:2 hesabı ilə məğlub oldu

Digər
Bu gün, 15:58

Araz-Naxçıvan Polşada UEFA Çempionlar Liqası üçün hazırdır

Futbol
Bu gün, 15:38

Qvardiolanın Mourinyonu təhqir etməsinin pərdəarxası: Sabiq rəsmi hadisənin ətraflarını açıqladı

Tennis
Bu gün, 15:28

Sinnerin liderliyi təhlükədə: Noabrın 2-də Zverev ATP reytinqində birinci ola bilər

Futbol
Bu gün, 15:27

Real Madridin qapıçısı Kurtua qripdən dolayı Barcelona qarşısında oyunu buraxacaq

Futbol
Bu gün, 15:05

Stefano Pioli: "A Seriyasına qayıtmaq istəyirəm, İtaliyada qalmağa üstünlük verərəm"

Futbol
Bu gün, 14:49

Kəpəz’in növbəti iki ev oyunu üçün biletlər satışa çıxarıldı

Futbol
Bu gün, 14:38

Bakıda U-15 DÇ-də Kolumbiya 11:0, Benin 10:0 hesablı qətiyyətlə qalib gəldi

Futbol
Bu gün, 14:30

Manchester United, Liverpool və Arsenal Bayern yarımmüdafiəçisinə baxır

Oxşar xəbərlər