 Idman.biz
                                                    Idman.biz
                                            
                    
                    Norveçli futbolçu Erlinq Holand "Nike" şirkəti ilə birgə yeni model başmaq təqdim edib.
İdman.Biz xəbər verir ki, model neyrobiologiya texnologiyalarına əsaslanaraq hazırlanıb və alt hissəsindəki xüsusi "şar" sistemi beyin fəaliyyətini stimullaşdırır, oyunlardan sonra bərpanı sürətləndirir.
Yeni modelin qiyməti 95 dollar təşkil edir. "Nike" rəsmiləri bildiriblər ki, bu dizayn həm rahatlıq, həm də idmançılar üçün bərpa prosesinə dəstək məqsədi daşıyır.
Erlinq Holand məhsulun təqdimatında çıxış edərək, onun gündəlik istifadəyə də uyğun olduğunu qeyd edib.
