top
Holandın Messidən üstün olmadığını deyən sabiq futbolçu, onun rekordlar qıracağını proqnozlaşdırıb Idman.biz
02 dekabr 2025, 14:52
- ↺ +

Holandın Messidən üstün olmadığını deyən sabiq futbolçu, onun rekordlar qıracağını proqnozlaşdırıb

İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holand barədə sabiq hücumçu Bredli Rayt-Fillips iddia edib ki, norveçli forvard gələcəkdə Hari Keyn, Lionel Messi və Kriştianu Ronaldu da daxil olmaqla bütün böyük hücumçuları geridə qoyaraq tarixdə ən çox qol vuran oyunçu olacaq.

İdman.Biz xəbər verir ki, Rayt-Fillips bununla belə Holandı "dünyanın ən yaxşı futbolçusu" hesab etmədiyini bildirib.

Holand indiyədək klub və milli komanda səviyyəsində 333 qol vurub. 25 yaşlı forvard "Mançester Siti"nin heyətində 143 qola, Norveç millisində isə 48 oyunda 55 qola imza atıb. O, həmçinin Premyer Liqanın "100 Club" siyahısına düşməyə cəmi bir qolu qalıb və gələcəkdə Alan Şirerə məxsus 260 qolluq rekordu hədəfləyə bilər.

"talkSPORT Drive" proqramında danışan Rayt-Fillips belə deyib: "Əgər yalnız rəqəmlərdən danışırıqsa və insanlar artıq bunu belə qəbul edir, o, ən yaxşısı olacaq. Uzun müddət ondan yaxşı bombardir olmayacaq. O inanılmazdır, amansızdır".

O, hücumçu psixologiyasına toxunaraq əlavə edib: "Mən bəzən iki qol vurub düşünürdüm ki, "yetər, məni əvəz edin". Holand isə on qol vurmaq istəyir!"

Aparıcı Endi Qoldstin hücumçunun oyunda yalnız 1-2 qol vurub başqa heç nə etməməsinin vacibliyini soruşduqda Rayt-Fillips belə cavab verib: "Vacib deyil. Xüsusilə də qalib gəlirsənsə. Hər kəsin fərqli rolu var, buna görə buna komanda deyilir. Holandın işi qollar vurmaqdır. Və onu deyim ki, hamı, "o yalnız qol vurur" deyir, amma onun oyuna qoşulması, top saxlamağı və ümumi oyunu çox yaxşılaşıb."

Holandın dünyanın ən yaxşı hücumçusu olub-olmaması sualına isə Rayt-Fillips tərəddüdsüz "bəli" cavabını verib. Qoldstin daha sonra İngiltərə millisinin rekordçusu Hari Keyni xatırladıqda Rayt-Fillips belə deyib: "Hari Keyn ən yaxşı hücumçudur, ən yaxşı "9 nömrə"dir. Amma Holand ən yaxşı bombardirdir".

Rayt-Fillips bununla belə Holandın "təkcə qolçu olduğu üçün" dünyanın ən yaxşı futbolçusu sayıla bilməyəcəyini söyləyib. Qoldstin Kriştianu Ronaldunu misal gətirdikdə isə o, təəccüblə cavab verib: "Ronaldu? CR7? Yox, yox… Xahiş edirəm. Messi ilə Ronaldunu müqayisə edənlərdən deyilsiniz, düzdür?"

Onun fikrincə, səkkizqat "Qızıl top" sahibi Lionel Messi "dünyanın ən yaxşısı" statusuna uyğun olan tərzi nümayiş etdirir: "Mənim üçün həmişə "göz testi" əsasdır. Dünyanın ən yaxşı futbolçusu olmaq üçün oyunda Messi kimi görünməlidir, Zinəddin Zidan kimi olmalıdır - orada başqa bir şey də olmalıdır".

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Bu gün, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Bu gün, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Bu gün, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Bu gün, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Bu gün, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Bu gün, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Bu gün, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Bu gün, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Bu gün, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Bu gün, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Bu gün, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Digər
Bu gün, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Bu gün, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Bu gün, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Bu gün, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Bu gün, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Güləş
Bu gün, 19:58

Sumqayıtda gənclər üçün Abşeron‑Xızı regional cüdo turniri başlayacaq

Digər
Bu gün, 19:28

İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

Futbol
Bu gün, 18:59

Neftçi Şamaxı ilə görüşə 1 itki ilə çıxır

Futbol
Bu gün, 18:54

Roma müdafiəçisinin Mussolini soyadlı futbolçusu Serie A-də ilk qolunu vurdu

Digər
Bu gün, 18:51

Özbəkistan idmanının yüksəlişinin sirri - Dünya çempionatı, Olimpiya qızılları və şahmat tacı

Güləş
Bu gün, 18:50

Sumqayıt güləşçiləri U-15 yaş qrupunda Gəncə Kubokunu qazandı

Futbol
Bu gün, 18:41

“Mançester Yunayted”in Karrikin vəzifədə qalmasının əsas səbəbləri ortaya çıxdı

Oxşar xəbərlər