top
Hoca Bacarani Sport24.az
14 avqust 2024, 10:00
- ↺ +

Hoca "Bacarani"

CEYHUN ƏLİYEV

 

Köhnə şalmatçıların belə bir zarafatı var idi: "Sən bunun Bacaranisisən də". Bu zarafat hazırda məşqçi kimi fəaliyyət göstərən İlqar Bacaraninin soyadından qaynaqlanırdı...

"Qarabağ" evdə "Lüdoqorets"ə uduzanda həmin ifadə keçdi ağlımdan. Axı, Qurban Qurbanov bunun "Bacaranisi"di. Dəfələrlə şahidi olmuşuq ki, cütlü oyunlarda "Qarabağ" məhz cavab matçında daha uğurlu nəticəyə imza atıb. Bununla bağlı atalar misalına zərurət var: "Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdı". Bunu Azərbaycan çempionunun dilindən desək bir qədər fərqli səslənsə də, mahiyyət dəyişmir: "Yüz dəfə baxmaqdansa, bir dəfə iş başında görmək yaxşıdı". Bax, bu dəfə də belə oldu.

Hələ Bakıdakı matçda Ağdam təmsilçisi rəqibinə çətin anlar yaşatmışdı. Sadəcə, bəzi hallarda "süvarilər"in (Çexiya, Kipr, Slovakiya təmsilçiləri ilə matçları unutmamışıq) total üstün oynayan tərəf olsa da, məğlub olduğu görüşləri xatırlayanda, narahatlıq keçirməmək olmurdu. Ancaq budəfəki "Qarabağ" fərqlidir axı. Ötən mövsüm topladığı avrokubok təcrübəsi zəngindir, çox zəngin: 2 dəfə Portuqaliya, 4 dəfə Almaniya əjdahaları ilə qarşılaşmaq əlbəttə ki, çox şey verib təmsilçimizə.

Daha bir vacib məqama da toxunmaq istəyərdik. "Süvarilər" komandanın "onurğa sütunu"nu qorumağı bacarıb. Bəli, çempionumuzun xeyli sayda futbolçusunu almaq istəyənlər var idi. Lakin bu məqamda ön plana daha bir maraqlı fakt çıxdı. Futbolçular özləri kollektivdən ayrılmaq istəmədi. Bunda həm daxili ab-hava, həm də "Qarabağ"ın artıq Avropa brendinə çevrilməsi həlledici rol oynadı. Hara gedirsən get, heç bir komanda ardıcıl 10 il avrokubokların qrupuna düşməklə öyünə bilməz. Söhbət əlbəttə ki, "yadplanetli" komandalardan getmir. Və əksəriyyətinin "transfer niyə yoxdu?" sualının cavabı da bundadı. Leverkuzen "Bayer"i ilə başabaş mübarizə aparan klub kimi transfer etməlidi? Vakant yerlər olmalıdı ki, kimisə cəlb edəsən. Bu komandanı gücləndirmək olduqca müşkül məsələdir. Oyunçuların məvacibi arasındakı balansı da qorumalısan, rənglərinə qatdığın futbolçu effektli olmalıdı da.

Bütün bu labirintin içərisində Qurban Qurbanov işıqlığa aparan yolu tapmalıdır. Və 1 həftə öncə evdə uduzduğu rəqibin üstələnməsi mexanizminin düsturunu praktikada nümayiş etdirməlidi. Evdə hesabda önə keçib və yekunda 1:2 udizmağın bir yana, səfərdə də analoji ssenari təkrarlananda nələr yaşayırsan? Belə bir anda start heyətinin 2 üzvünü məcburiyyətdən əvəzləyirsənsə, bu görüşün "lənətlənmiş oyun" statusunda olmamasına necə inanasan? Ancaq yuxarıda qeyd etdiyimiz TƏC-RÜ-BƏ!

"Qarabağ" nə buraxılan qollardan sonra sındı, nə də Veşoviçlə Yankoviçin zədələnməsindən sarsıldı. Bax belə anlarda liderlər komandanı arxasınca aparmalıdı. Abdullah Zubirlə Yassin Benzia da bu funksiyanı üzərinə götürməyi bacardı. Artıq ilk yarıda Azərbaycan çempionu ümumi hesabı bərabərləşdirdi. Fasilədən sonra da qol şanslarımız oldu. Təəssüf ki, fürsətlərdən yararlanmaq mümkün olmadı. Kim bilir, bəlkə də meydan sahiblərinin baş məşqçisi indi dizinə döyür ki, kaş oyun əsas vaxtda tamamlanardı. Ancaq bu lirik hissədi, real yox.

Bütün hallarda, Bakıda çirkli futbolla qalib gələn "Lüdoqorets" doğma publika önündə əlavə olunmuş 30 dəqiqədə topla rəsmən döyüldü! Yarım saata 4 qolu sığışdıran "süvarilər" isə artıq ÇL-in pley-offu barədə düşünür.

Yazının əvvəlində İlqar Bacaranidən bəhs etmişdik. "Qarabağ"ın cavab qarşılaşmalarında daha effektiv olmağı bacarığından da həmçinin. Cəmləyək? Cəmləyək! Hoca cavab qarşılaşmalarının "Bacarani"di, əfəndilər, "Bacarani"!

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Gimnastika
Dünən, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib;

Oxşar xəbərlər