top
Heyətdə İspaniya və Almaniyada oynayan futbolçular var – bəs nəticə? İdman.biz
22 noyabr 2024, 11:38
- ↺ +

Heyətdə İspaniya və Almaniyada oynayan futbolçular var – bəs nəticə?

Futbol üzrə əsas millimizi uğursuz nəticələrinə görə tənqid edirik, amma bu komandanın gələcəyi - yeniyetmə futbolçular da bizi sevindirmir.

İdman.biz xəbər verir ki, Azərbaycanın həm U-19, həm də U-17 yığmaları növbəti Avropa çempionatı seçmə mərhələsini bir xalla başa vurublar. 0:4 (U-19 İrlandiyaya, U-17 Macarıstana) və 0:3 (U-17 Yunanıstana) kimi hesablar komandalarımızın rəqiblərindən aşkar zəif olması anlamına gəlir.

Xüsusilə püşkatma zamanı üçüncü səbətdə yer alan U-19 millimizin Moldova ilə qrupda "üçüncülük" mübarizəsində onlardan geri qalması təəssüf doğurur. Amma digər tərəfdən də artıq üç seçmə mərhələdir qələbə nə olduğunu bilməyən komandadan bundan artığını gözləməyə də dəyməz. 19 yaşlılar rəsmi turnirlərdə sonuncu dəfə 2021-ci ildə Lüksemburqa 2:0 hesabı ilə qalib gəliblər.

Axırıncı yarışa gəlincə, Azərbaycan komandasının heyətində cəmi bir legioner – "Ankaragücü"lü Həsən Nəzərli yer alıb ki, Moldova ilə oyunda (2:2) hər iki qolu da məhz o vurub.

Vaxtilə əsas millidə müxtəlif baş məşqçilərin köməkçisi işləmiş, "Qarabağ" və "Neftçi" kimi komandaları çalışdırmış Elxan Abdullayev U-19-un oyununda heç cür dönüş yarada bilmir. Yoldaşlıq görüşləri də nəzərə alınmaqla yığmamızın qələbəsiz seriyası artıq on oyuna çatıb.

Abdullayevin U-17 millisindəki həmkarı İlham Yadullayevin məşqçi kimi təcrübəsi böyük olmasa da, futbolçu karyerasında 37 dəfə milli komandanın formasını geyinib.

17 yaşlıların heyətinə gəlincə, komandada İspaniya, Almaniya, İsveçrə və Serbiya klublarında oynayan futbolçular var. Buna baxmayaraq, yarışda yeganə qolumuzu "Sabah"ın üzvü Əlibəy Mahmudov vurub.

U-17 millisi də iki seçmə turnirdir qələbə nə olduğunu bilmir. Komandamız sonuncu dəfə 2022-ci ildə çox zəif Lixtenşteynə qalib gələ bilib – 8:0.

U-19 və U-17 səviyyəsində uğurlu nəticələr qazana bilməyən, qalib psixologiyasına malik olmayan bu futbolçuların bir neçə ildən sonra çıxış edəcəkləri əsas millinin aqibətini təsəvvür etmək çətin deyil.

Halbuki əsas millidə elə indidən yaşla bağlı dəyişikliklərə, yenilənməyə ehtiyac var. Fernandu Santuşun dövründə bəzi oyunlarda komandanın orta yaşı 27-dən çox olub. Aparıcı futbolçulardan Bədavi Hüseynov (33 yaş) və Emin Mahmudovun (32) yaşları 30-u keçib, Coşqun Diniyev, Abbas Hüseynov, Aleksey İsayev (hər üçü - 29), Ramil Şeydayev, Rahil Məmmədov (hər ikisi - 28), Bəhlul Mustafazadə və Mahir Emrelinin (hər ikisi - 27) yaşları da 30-a yaxınlaşıb.

Fernandu Santuşun qapıçı mövqeyini 32 yaşlı Mehdi Cənnətovdan alıb 21 yaşlı Rza Cəfərova həvalə etməsi bir qədər gözlənilməz, amma gələcəyə hədəflənən addım saymaq olar. "Neftçi"nin qapıçısı ilə eyni yaşda olan hücumçu Nəriman Axundzadə də portuqaliyalının gələndən bəri şans verdiyi ən gənc futbolçulardır.

Rasim Mövsümzadə
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Oxşar xəbərlər