top
Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin açılış mərasimi keçirilib Report.az
13 dekabr 2024, 12:27
- +

Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin açılış mərasimi keçirilib

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumlarının əməkdaşları arasında 3-cü minifutbol turnirinin açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, Bakı Tennis Akademiyasındakı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və digər qurum rəhbərləri iştirak ediblər.

Dövlət Himni səsləndiriləndən sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca Orxan Məmməd çıxış edərək, iştirakçıları salamlayıb:

"İştirakçı 39 komandaya uğurlar arzulayıram. Əminəm ki, turnirdən həzz alacaqsınız. Artıq üçüncü dəfədir ki, bu yarışı təşkil edirik. Əminik ki, yüksək səviyyədə keçiriləcək. Ulu Öndər daim idmana qayğı göstərib. Turnirə diqqət böyükdür. İldən-ilə komandaların sayının, rəqabətin artacağına inanırıq. Minifutbolun və futbolun kütləviliyinə nail olmaq niyyətindəyik. Güclü olan qalib gəlsin".

Sərxan Hacıyev bu gün növbəti futbol bayramının start götürdüyünü vurğulayıb:

"Əvvəlki turnirlər izdihamla yadda qalıb. Əminik ki, bu dəfə də belə olacaq. Bütün komandalara, hakimlərə uğurlar arzulayırıq".

Fərid Qayıbov AFFA və Azərbaycan Minifutbol Federasiyasına təşkilatçılıq üçün təşəkkür edib:

"Dövlət qurumlarına da minnətdarıq. Hər il mübarizə daha da dramatik olur. Yarışa maraq da artıb. Final matçlarında tribunalar da azarkeşlərlə dolu olur. Əvvəlki iki yarışda fərqli qurumlar qalib gəliblər. Gərgin və maraqlı mübarizəyə şahidlik edəcəyik".

Nazir daha sonra turniri açıq elan edib.

Foto: Vüqar Xanlarov

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:30

İngiltərə qapıçısı Din Henderson “Kristal Palace”la 2030-cu ilə qədər müqaviləsini uzatdı

Futbol
Bu gün, 20:06

Sumqayıt FK-nın yeni kapitanı İsa Suliman olaraq təyin olundu

Futbol
Bu gün, 17:39

“Kəpəz” stadionda pirotexniki vasitə istifadə edən azarkeşə xəbərdarlıq edib və cərimə kəsdi

Futbol
Bu gün, 16:21

“Neftçi” Azərbaycan çempionatında 1000-ci oyununa çıxacaq - VIDEO

Qarabağ FK
Bu gün, 16:08

Bense Varkonyi: “Qarabağ”a keçid və Macarıstan milli dəvəti karyeramda yeni mərhələdir

Futbol
Bu gün, 12:56

“Qəbələ”nin yeni baş məşqçisi Şimali Makedoniyalı Yeton Bekiri oldu

Futbol
Bu gün, 12:12

Messi Argentina milli komandası ilə vidalı dostluq oyununa çıxacaq

Futbol
Bu gün, 12:05

Azərbaycanın 19 yaşadək qız futbol millisi Moldovaya 5-3 hesabıyla məğlub oldu;

Futbol
Bu gün, 05:44

Enzo Fernandes: Messi tarixdəki ən böyük futbolçudur

Futbol
Bu gün, 01:36

Lionel Messi Argentina milli komandası üçün dostluq matçlarına dəvət edildi

Futbol
Bu gün, 00:27

Barcelona, Rafinha ilə yeni müqavilə danışıqlarına start verdi

Futbol
Dünən, 23:54

U-20 milli komandamız oktyabrın 3‑ü Moldovayla, 6‑sı Yaponiyaya qarşı yoldaşlıq matçları keçirəcək

Futbol
Dünən, 23:50

Xames Rodriges milli komandada futbol karyerasını başa vurdu

Futbol
Dünən, 22:35

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni mətbuat katibi və digər əməkdaşlar təyin olundu

Futbol
Dünən, 21:31

Mikloško, Çex və Çexoslovakiya millisinin keçmiş qapıçısı, 64 yaşında vəfat edib

Futbol
Dünən, 21:13

Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatı üçün kampaniya aparmayacaq

Futbol
Dünən, 20:58

David Domgjoni-nun Kəpəzdəki debutu: Hər şey yaxşı alındı

Qarabağ FK
Dünən, 20:28

“Qarabağ”ın mərkəz müdafiəçisi Bense Varkonyi ilk dəfə Macarıstan milliyə dəvət olundu

Futbol
Dünən, 19:29

Elvin Camalov Neftçiyə veda etdi, karyerasını Qəbələdə davam etdirəcək

Qarabağ FK
Dünən, 18:50

Azərbaycan – Tacikistan dostluq matçının hakim heyəti kimlərdən ibarətdir?

Basketbol
Dünən, 16:23

Naxçıvan basketbol klubu Said İsmayılovu 1 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 15:40

Karvan‑Yevlax, “Zirə”nin hücumçusunu icarəyə götürdü

Futbol
Dünən, 12:55

“Kəpəz” komandası “Qəbələ” matçında pirotexnika istifadəsi üçün 5 000 manat cərimə aldı

Qarabağ FK
Dünən, 10:50

"Neftçi" Premyer Liqanın ilk 5 oyununda 17 qol ilə XXI əsrin rekordunu qırdı

Oxşar xəbərlər