top
Hərbdən futbola: Fərhad Eyyubovun itirilmiş ayaq və yenidən qazanılan həyat hekayəsi Idman.biz
08 noyabr 2025, 15:12
- ↺ +

Hərbdən futbola: Fərhad Eyyubovun itirilmiş ayaq və yenidən qazanılan həyat hekayəsi

Fərhad Eyyubov - ehtiyatda olan zabit, həyatını hərb sənətinə həsr etmiş insandır. O, hələ uşaqlıq illərində müharibəni öz gözləri ilə görüb: Birinci Qarabağ müharibəsi zamanı ailəsi sərhədyanı Qazax rayonunda yaşayırdı. Həmin vaxtdan onun qəlbində bir arzu yaranmışdı – hərbi forma geyinmək və Vətənini qorumaq.

O, Azərbaycanın müxtəlif hərbi hissələrində xidmət edib, lakin 2019-cu ildə hərbi karyerası yarımçıq qalıb. Ağdam cəbhəsində tapşırıq yerinə yetirərkən snayper gülləsi onu ayağından məhrum edib. Həyatını əvvəlki kimi davam etdirmək mümkünsüz görünürdü.

Amma futbol Fərhada həm güc, həm də inam verib. Əsa ilə oynanan bu oyun onun və digər qazilər üçün sadəcə idman deyil, həm də özünü yenidən tapmağın və həyata bağlanmağın yolu olub. Bu gün o, Azərbaycan amputant futbolu yığmasının kapitanıdır.

Aşağıda Fərhad Eyubovun İdman.Biz üçün danışdığı, müharibə, itki və futbol sayəsində yenidən həyata dönmə hekayəsini oxuyacaqsınız.

Uşaqlığım müharibənin içində keçib

Müharibəni hələ erkən yaşlarımdan hiss etmişəm. Qazaxda böyümüşəm. Uşaqlığım çətin dövrə təsadüf edib - həm maddi sıxıntılar, həm də döyüş şəraiti… hər şey çətin idi.

Yadımdadır, bir dəfə mərmi düz küçəmizdə partlamışdı. Hər dəfə atəş və partlayış səsi eşidiləndə atam bizi yerə uzadırdı ki, qəlpələrdən qorunaq. Mən o vaxt 4-5 yaşında idim, amma buna baxmayaraq, atamı sakitləşdirməyə çalışırdım. Deyirdim: "Bax, göy görünür, deməli, qorxmağa dəyməz, hər şey yaxşı olacaq". Həmin sözlər hələ də qulaqlarımdadır.

Beləcə, günlərimiz keçirirdi. Evimizin qarşısından daim əsgərlər keçirdi. Mən də uşaq olsam da, onlarla bərabər bir kilometr, bəzən bir yarım kilometr gedir, sonra geri dönürdüm. Hərbi formanı çox sevirdim və o vaxtdan Vətənimi qorumağı arzulayırdım.

Elə də oldu. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, Türkiyədə Quru Qoşunları Akademiyasında, İzmir Hərbi Mühəndislik Kollecində və Azərbaycan Ordusunun Tədris Mərkəzində təhsil aldım. Ölkəmizin müxtəlif hərbi hissələrində xidmət etdim, həmçinin Əfqanıstanda sülhməramlı missiyada iştirak etdim.

O gün - ayağımı itirdiyim an

2018-2019-cu illərdə Ağdam cəbhəsində möhkəmləndirmə işləri aparırdıq. Məqsəd düşmən mövqelərini müşahidə altında saxlamaq və müdafiəni gücləndirmək idi. Həmin dövrdə taqım komandiri vəzifəsindən xidmət rəisinin köməkçisi vəzifəsinə keçmişdim.

31 yanvar 2019-cu il, saat 22:00 radələri idi. Sonuncu möhkəmləndirmə işinə başlamışdıq. Adətən belə tapşırıqları gecə, dumanlı havada yerinə yetirirdik ki, düşmən bizi görməsin. Amma bu dəfə hava açıq, ay işıqlı idi. Tapşırığın vacibliyinə görə işi davam etdirməyə qərar verdik.

Əraziyə girəndə yerə uzanmış bir it gördüm. Birdən it hürərək qaçdı və neytral zonaya yönəldi - sanki məni xəbərdar edirdi. İçimə narahatlıq düşdü. Elə bilirdim, bu gecə nəsə olacaq. Dərhal rota və taqım komandirlərinə göstəriş verdim ki, heç kim əraziyə daxil olmasın. Sonra mühəndis xidmətinin rəhbərindən icazə alıb, əsgər Avazi Hüseynovla birlikdə özüm getdim.

Çox keçmədi, hiss etdim ki, düşmən snayperi bizi izləyir. Xidmət illərim boyu bir məqsədim vardı - heç bir ailəyə itki xəbəri getməsin. Buna görə də tapşırığı özüm yerinə yetirmək qərarına gəldim. Bugün olsa, yenə eyni addımı atardım.

Bir qədər işlədikdən sonra Avaziyə dedim: "Gəl, yerlərimizi dəyişək, səni vura bilərlər". Biz yer dəyişdik və elə həmin dəqiqə güllə səsi eşidildi. Snayper məni vurdu. Dəhşətli ağrı hiss etdim, amma qışqırmağa güc tapdım: "Avazi, neytral zonaya çəkil!".

Snayper beş-yeddi saniyəyə eyni nöqtəyə yenidən atəş aça bilər. Ona görə dərhal bədənimi gizlətməyə çalışdım, ancaq sol ayağımı örtə bilmədim. Elə həmin yerə üç atəş də açıldı. Bizim bölmələr cavab atəşi açdıqdan sonra mən sürünərək ərazidən çıxdım. Məni tibb məntəqəsinə apardılar…

Amputasiya

Ayağımın vəziyyətini görəndə başa düşdüm ki, amputasiya qaçılmazdır. Xəstəxanaya aparılarkən öz-özümə deyirdim: "Hər şey yaxşı olacaq, hər şey yaxşı olacaq…". Özümü itirməməyə çalışırdım.

Xəstəxanaya çatanda huşumu itirdim. Ayılanda həkimi gördüm və o an içimdə qəribə bir sevinc hiss etdim - sağ idim, yaşayırdım. Bu, həyatımın ən duyğusal anlarından biri idi.

Amputasiya qərarını sakit şəkildə qəbul etdim. Yeganə narahatlığım tibb bacılarının iynə vurmaq üçün qolumu bağlamaq istəməsi idi. Dedim: "Qoyun, bağlamayın, sadəcə işinizi görün - mən sizə mane olmayacam".

Səhəri gün ayılanda ayağımın bir hissəsini itirdiyimi gördüm. Sonra reanimasiya, daha sonra Bakıya - hərbi hospitala köçürüldüm. Gəlib-gedənlər çox idi, hamısını görmək istəyirdim. Bəziləri göz yaşlarını saxlaya bilmirdi. Mən isə onları sakitləşdirirdim: "Heç nə olmaz, belə olmalıymış. Yenə olsa, eyni şeyi edərdim".

Amma bir ziyarət yadımdan çıxmaz: kurs yoldaşım Qurban Əliyev gəldi. O, hələ 2015-ci ildə xidmətdə ayağını itirmişdi. İçəri girən kimi dedi: "Hazır ol, səni amputant futbol komandamıza yazacam".

Amputasiyadan sonra ilk məşqim

Qurbanın təklifini eşidəndə tərəddüd etdim: əvvəllər futbol oynamamışdım, indi isə ayağım yoxdur. Xəstəxanadan çıxdıqdan sonrakı aylar çox ağır keçdi. Çölə çıxmaq mənə çətin idi. 30 il iki ayağım olub, indi isə... baxışlar, pıçıltılar, xüsusilə uşaqların təəccüblü baxışları içimdə bir ağrı yaradırdı.

Bir gün qərara gəldim ki, təlimçiylə görüşüm. O, komandadan danışdı, şəkillər, videolar göstərdi. Daxilimdə ümid yaranmağa başladı: "Bəlkə, mən də bacararım". İlk məşqə sadəcə baxmağa getdim, amma orada olan enerjini hiss edəndə içimdəki alov yenidən alışdı.

Növbəti məşqə artıq forma geyinib getdim. İlk dəqiqələrdə həyəcan və adrenalin bir-birinə qarışmışdı. Elə oyuna qapıldım ki, bir anda ayağımın olmadığını unutdum. Top havada idi, tullanıb vurmaq istədim, amma enəndə şiddətli ağrı hiss etdim - sanki dünya dayanmışdı.

Sonrakı 20 gün dəhşətli ağrılarla keçdi, amma futbola olan sevgim o qədər güclü idi ki, sağalan kimi məşqlərə qayıtdım.

Topa vurmağı Qurban Əliyevdən, driblinqi Rauf Quliyevdən öyrəndim. Hər məşqdə özümə məqsəd qoyurdum: bu dəfə onlara oxşamaq, sonra isə daha da yaxşı olmaq.

Yeni həyat və amputant futbolunun inkişafı

Futbolun, ailəmin və xalqımın dəstəyi sayəsində özümü qəbul etdim. Artıq küçədəki baxışlar məni narahat etmir. Futbol formamı geyinib meydana çıxanda sanki ayağım geri qayıdır. Mənim kimi insanlarla eyni meydanda olmaq güc verir.

Bir vaxtlar komandamızda idarəçiliklə bağlı problemlər oldu, biz - mən və keçmiş futbolçumuz Elnur Sadıqov - yeni komanda qurduq. Əsgərləri bir araya gətirdik, çətin dövrdən çıxdıq. Amputant futbolu yaşatmaq üçün əlimizdən gələni etdik.

Sonra bir neçə turnirdə iştirak etdik. İlk dəfə Millətlər Liqasının D divizionunda, Şotlandiyada çıxış etdik. Daha sonra C divizionuna yüksəldik və orada üçüncü yeri tutduq. Qızıl hədəfimiz kubok idi, amma mən və Sənan Hacıyev cəzalı idik, daha iki futbolçumuz zədəli idi. Buna baxmayaraq, mübariz idik.

Bizim məqsədimiz amputant futbolunu Azərbaycanda inkişaf etdirmək, daha çox insanı bu idmana cəlb etmək və onların reabilitasiyasına kömək etməkdir.

44 günlük Vətən müharibəsi

Vətən müharibəsi başlayanda ən çox incidiyim şey - iştirak edə bilməməyim idi. Dövlətin mənə verdiklərini geri qaytara bilməmişdim. Amma xidmət illərində öyrətdiklərim öz bəhrəsini verdi.

2012-2019-cu illərdə əsgərlərə mina sahələrinin qurulması, zərərsizləşdirilməsi və neytral zonada davranış qaydalarını öyrətmişdim. Müharibə zamanı əsgərlər zəng edib deyirdilər: "Komandir, sizin dediklərinizlə minanı zərərsizləşdirdik, hər şey qaydasındadır". Hər dəfə "Komandir, sizə görə intiqam aldıq!" mesajlarını oxuyanda qürur hissi yaşayırdım.

Sosial şəbəkələrdə mənim fəaliyyətimi izləyən insanlar vasitəsilə bir çox şirkətlər əlaqə saxlayır, birlikdə ön xəttə avadanlıq və ləvazimat göndərirdik. Hər şeyi şəxsən çatdırırdım. O dövrdə xalqımız ordunu tək qoymadı, hər kəs qələbə üçün birləşdi.

Bizim nəsil üçün torpaqların azad olunması böyük mənaya malikdir. Mən həm 90-cı illərin müharibəsinin, həm də Vətən müharibəsinin şahidiyəm. Hər iki hadisə mənə həm mənəvi güc, həm də dərin yaralar verdi.

Bəli, Qələbə qürurverici səslənir, amma müharibə - dəhşətdir. Yanında dostlarının, silahdaşlarının şəhid olduğunu görmək insanı sarsıdır. Azad olunmuş torpaqları görmək sevinc gətirsə də, daxili yaralar sağalmır.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin - çünki bu ağrılarla yaşamaq hər gün yeni bir mübarizə deməkdir.

Leyla Eminova

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:58

Atletiko, Arsenalın yarımmüdafiəçisi Mikel Merinonun 30 milyon avroluq icarə təklifini göndərəcək

Futbol
Bu gün, 19:46

Qalatasarayın yeni futbolçusunun həyat yoldaşı, İrina Podşibyakina, Türkiyədəki karyerasını dəstəkləmək üçün işini tərk etdi

Qarabağ FK
Bu gün, 19:41

Elvin Cəfərquliyev “Qarabağ”ın məşqlərinə qoşuldu – foto

Futbol
Bu gün, 19:30

İnter Kyeza transferində maaş çətinliyi; Liverpuldan güzəşt gözlənilir

Qarabağ FK
Bu gün, 19:28

U-19 millinin Euro yarişımına hazırlığı üçün "Sabah"–"Qarabağ" oyunu təxirə salındı

Futbol
Bu gün, 19:25

Yuventus, Qulyelmo Vikarionu Tottenhemdən daimi transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 19:16

Roma yarımmüdafiəçisi Merten de Ron Maykl Karrikin özünə nümunə götürdüyünü açıqladı

Futbol
Bu gün, 19:07

Xesus Ovono rəqib futbolçunun ölümünə səbəb olduğu üçün 8-12 oyunlu cəzalandırıla bilər

Futbol
Bu gün, 19:01

Peter Kristiansenin zədəsi 'Vikinq'in Sabahla oynayacağı qarşılaşmanı təhlükə altına ala bilər

Futbol
Bu gün, 18:43

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2027/2028 qrup rəqiblərini təyin etdi

Cüdo
Bu gün, 18:29

Abşeronda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək

Futbol
Bu gün, 18:27

Arsenal müdafiəçisi Uilyam Saliba dörd ay sonra məşqlərə qayıtdı

Minifutbol
Bu gün, 18:21

AFFA Azərbaycan futzal liqaları üçün 2026/2027 mövsümündə transfer pəncərələrinin tarixlərini açıqladı

Futbol
Bu gün, 18:13

Arda Güler UEFA Çempionlar Liqasında AEK ilə oynayacaq "Real Madrid" heyətində yer almadı

Futbol
Bu gün, 18:00

II Liqa 9-cu tur: "Qaradağ Lökbatan" zirvədə, "Şirvan" ikinci pillədə

Futbol
Bu gün, 17:50

Rəvan Həmzəzadə VII tur I Liqa məclisində hakim olaraq iştirak edir

Futbol
Bu gün, 17:33

Azərbaycan qadın milli futbol komandası UEFA Millətlər Liqasının 2026/27 mövsümündə qrup rəqibləri açıqlanıb

Futbol
Bu gün, 17:33

Barselona Həmzə Əbdülkərim iki heyətə çağırıldı

Qarabağ FK
Bu gün, 17:30

İspaniya və Serbiya klublarından Azərbaycan U17 milli komandasına dəvət

Futbol
Bu gün, 17:29

Portuqaliyanın "Porto" klubu Avropada bərabərsiz qalır

Futbol
Bu gün, 17:20

RB Layptsiq Yohan Bakayokonu qış transfer pəncərəsində satmaq niyyətindədir

Digər
Bu gün, 17:13

UFC əfsanələri Kris Vaydman və Dastin Porye əfsanəvi Konor Makqregoru yarımyüngül çəkidə məğlub edəcək olan İliya Topuriya haqqında

Futbol
Bu gün, 17:01

Martin Subimendi qış transferində Arsenaldan ayrılma ehtimalı;

Futbol
Bu gün, 17:00

Cahangir Həsənzadə: "Sabah"ın UEFA Çempionlar Liqasında "Vikinq"ə qarşı yeni mərhələyə yüksəlmək şansını çox aşağı qiymətləndirirəm

Oxşar xəbərlər