"İnter Mayami"nin baş məşqçisi Xerardo Martino vəzifəsini tərk edəcək.
İdman.biz xəbər verir ki, argentinalı mütəxəssis şəxsi səbəblər üzündən bu addımı atacaq.
Lionel Messinin çıxış etdiyi "İnter Mayami"yə rəhbərlik edəcək mütəxəssin adına ilin sonuna kimi aydınlıq gələcək.
Qeyd edək ki, Martino 2023-cü ildən komandaya başçılıq edib. Mayami klubu onun rəhbərliyi ilə MLS-də müntəzəm çempionatı 74 xalla rekord nəticə ilə bitirsə də, pley-offun ilk mərhələsində mübarizəni dayandırıb.
İdman.biz