top
Həm “Neftçi”, həm də “Qarabağ”da oynamış futbolçu İdman.biz
11 noyabr 2024, 19:10
- ↺ +

Həm “Neftçi”, həm də “Qarabağ”da oynamış futbolçu

Veteran futbolçu Musa Qurbanovun 60 yaşı tamam olub.

İdman.biz xəbər verir ki, Zaqatala rayonunda anadan olan Musa futbolçu karyerasına hərbi xidmətə qayıtdıqdan sonra 21 yaşında yerli "Daşqın" komandasında başlayıb.
1987-ci ildə "Kəpəz"in heyətində SSRİ çempionatında debüt edib, sonra Qazaxın "Göyəzən" komandasının şərəfini qoruyub.

1989-cu ildə SSRİ kubokunda debüt edən "Göyəzən" ilk oyunda Başqırdıstanda Ufa "Qastello"suna 2:1 hesabı ilə qalib gəlib. Qələbə qolunu da oyunun 82-ci dəqiqəsində hücumçu Musa Qurbanov vurub.

1989-cu ilin iyununda 1/32 finalda "Göyəzən" Qazaxda "Neftçi" ilə qarşılaşıb. Meydan sahibləri 1:2 hesabı ilə məğlub olsalar da, Musa o vaxt 1-ci liqaya düşmüş Bakı komandasının diqqətini cəlb edib və ikinci dövrədə paytaxt klubuna keçib.

Həmin il 5, növbəti il isə 10 oyunda "Neftçi"nin formasını geyinib. Bakı komandasının "Rostselmaş"a 4:0, "Paxtakor" və "Şinnik"ə 3:0 hesabı ilə qalib gəldiyi oyunların iştirakçısı olub.

Sonra yenə "Kəpəz", "Daşqın"...
Müsahibələrindən birindən vurduğu ən gözəl qolları belə xatırlamışdı: "Göyəzən"də oynayanda "Kəpəz"in qapısına 30 metrdən baxımlı bir qol vurmuşdum. Həmçinin "Daşqın"da çıxış etdiyim vaxt Zaqatalada "Metallurq"un yeddi oyunçusunu aldadıb, topu qapıdan keçirmişdim."

Legioner həyatı da yaşayıb. Qardaşı Qurbanla birlikdə Gürcüstanda da çıxış edib, "Alazani" (Gürcaani) və "Mertsxali" (Ozurgeti) komandalarında oynayıb.

Karyerasının zirvəsi isə "Turan"la bağlıdır. Tovuz klubunun 1993/94 mövsümündə ilk və hələ ki, sonuncu dəfə Azərbaycan çempionluğunu qazanmasında 35 qolla bombardir olan Musanın əməyini xüsisilə qeyd etmək lazımdır. Azərbaycan klub futbolunun avrokuboklardakı debütündə iştirak edib: "Turan"ın 1994-cü ildə UEFA kubokunda "Fənərbağça" ilə qarşılaşmalarında forma geyinib.

Sonra Mingəçevirin "Kür-Nur" komandasında oynayıb. 1996/97 və 1997/98 mövsümlərində yenidən "Neftçi"nin formasını geyinib, 1997-ci ildə Azərbaycan çempionu olub.

Futbolçu karyerası "Qarabağ"la da bağlı olub. Belə ki, 2000/01 mövsümündə Ağdam klubunun uğurları üçün çalışıb. Maraqlıdır ki, karyerasında son qolunu da məhz "Turan"a vurub.

Səkkiz il "Zaqatala" PFK-nın Müşahidə Şurasının sədri olub, ötən ildən isə üzvüdür.

"Qarabağ"ın baş məşqçisi, qardaşı Qurban Qurbanovun futbola gəlməsində mühüm rol oynayıb. Bu səbəbdən Qurban oğluna da böyük qardaşının şərəfinə Musa adını qoyub.

Bu gün 60 yaşlı Musa Qurbanov "Turan"un veteranlarının heyətində "Kəpəz"in veteranları ilə yoldaşlıq görüşündə iştirak edib və hətta 2 qol vurub. Oyun "Turan"ın ölkə çempionluğunun və Azərbaycanı ilk dəfə qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar keçirilib. Qeyd edək ki, Tovuz şəhər stadionunda oynanılan matç məhsuldar heç-heçə ilə yekunlaşıb - 5:5.

Rasim
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Oxşar xəbərlər