top
“Hələ heç nə bitməyib” – Azər Bağırov Sport24.az
30 mart 2025, 18:34
- ↺ +

“Hələ heç nə bitməyib” – Azər Bağırov

Misli Premyer Liqasının XXVIII turunda keçirilən "Kəpəz" – "Səbail" (1:1) matçından sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

 

– İki fərqli hissə oynadıq. İlk hissə daha yaxşı idik. İkinci hissədə isə əks-hücumlardan yararlana bilmədik. Qolu da standart vəziyyətdən yedik. Yəqin ki, asanlıq istəmirik… Bu oyunda qələbə qazanıb, daha rahat ola bilərdik.

 

– "Neftçi"ni, "Sabah"ı uda, "Qarabağ"dan xal ala bilirsiz. Amma "Səbail"i uda bilmirsiz…

– Həmişə belə oyunlarda psixoloji gərginlik olur. Ona görə də komanda "Qarabağ", "Neftçi" və "Sabah"la daha rahat oynayır. Burada isə xal itirməkdən qorxurlar.

 

– Yeni transferləri hansı istiqamətdə aparırsınız?

– Sırf mərkəz müdafiəçi ilə bağlı problemimiz var idi. Bu gün İlkin Qırtımov zədəli şəkildə meydana çıxdı. Yerli oyunçu sarıdan kifayət qədər problemlərimiz var.

 

– 90 dəqiqəni eyni tempdə keçirməyə nə mane olur?

– Hər iki hissəni eyni tempdə keçirdik. Sadəcə ikinci hissədə əks-hücumlardan yararlana bilmədik. Hansı ki, Trentin ikiyə bir getdiyi epizod buna nümunədir. O mənada əsas iki fərqli hissə izlədik.

 

– "Sumqayıt"a məğlubiyyətdən sonra dediz ki, komanda daxili problemlər var. Həmin problemlər nə idi?

– Komanda daxili problemlərdən danışmağa dəyməz. Sadəcə futbolçulara siqnalım var idi. Onlar da buna riayət etdilər. Hesab edirəm ki, komanda daxili problemlər bizimlə qəbirə qədər getməlidir.

 

– Xvalkonu ehtiyatda saxlayıb, İlkini startda oynatmağınız nəyə görədir?

– "Qarabağ"la oyunda İlkin daha yaxşı çıxış etdi. Həm limitə görə belə seçimlər etdik. Əgər İlkin arxada olmasaydı, Anuşu irəlidə oynada bilməzdik.

 

– Düşünmürsüz ki, Xvalkoya mənfi təsir edər?

– Xeyr. Xvalko komandanı sevir. Bu gün İlkini arxada oynatmaqla, rotasiyalar edə bilirik. Yaxud da qabağda yerli oyunçuları oynatmaqla, arxada çətinlik çəkirik

 

– Klubda problemlər davam edir?

– Xeyr, problemlər yoxdur. Sadəcə nəticə məni məyus edir. 1 səhv və 1 qol. Şükürlər olsun ki, heç bir problemimiz yoxdur. Zaman daraldıqca, oyunçular daha məsuliyyətli olmalıdır. Qarşıda 8 tur var. Hələ heç nə bitməyib. Gəncədə böyük futbol qalmalıdır.

 

– Sizcə elitada qalmaq üçün 5 xal nə qədər avantajdır?

– Böyük avantaj deyil. 2 oyun uduzub, bunu itirə bilərik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:30

Manchester United'ın yarımmüdafiəçisi Kobbi Meynu PSJ-nin hədəfində

Digər
Bu gün, 19:20

New York marafonunda gənc qız finişə bir neçə kilometr qalmış öldü

Futbol
Bu gün, 19:10

“Mingəçevir” futbolçusu Həsrət Mürsəlov: “Maaş almırıq, pulsuz oynamaq istəmirik” - İDMAN.BİZ-ə açıqlama

Digər
Bu gün, 19:09

Azərbaycan yığma komandasının baş məşqçisi Orxan Mustafayev: Yanğın və xilasetmə idmanı üzrə dünya çempionatı idmançılarımız üçün böyük təcrübədir;

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Oxşar xəbərlər