top
Həbib Ağayev: Daha yaxşı nəticələr göstərmək üçün beynəlxalq matçların sayını artırmalıyıq Sport24.az
26 fevral 2025, 12:40
- ↺ +

Həbib Ağayev: "Daha yaxşı nəticələr göstərmək üçün beynəlxalq matçların sayını artırmalıyıq"

"İlk matçda üz-üzə gəldiyimiz Şimali İrlandiya çox güclü idi. Nəinki bizə 4 qol vurdular, turnirdə bütün komandaların hamısını böyük hesabla məğlub etdilər. Ən zəif oyunumuzu Albaniyaya qarşı keçirdik. Əslində hesab 0:4 olmamalı idi. Komanda oyuna normal başlamışdı. İlk hissədə hesab 0:1 idi. Sadəcə, sona qədər köklənə bilmədik. Çox yersiz qollar buraxdıq. Son matçda Monteneqro ilə qarşılaşdıq. Hansı ki, turniri ikinci yerdə başa vurdular. Hesab 1:2 olanda bir neçə qol vəziyyəti yaratdıq. Bu oyunlar komandamızın təcrübə qazanması üçün yaxşı oldu. Ümumilikdə futbolçular bacardıqlarının ən yaxşısını ortaya qoydular". Sport24.az xəbər verir ki, bu sözləri AFFA-nın rəsmi saytına açıqlamasında Azərbaycanın 19 yaşadək qadınlardan ibarət millisinin baş məşqçisi Həbib Ağayev deyib.

 

Mütəxəssis Avropa çempionatının II seçmə mərhələsində keçirdikləri oyunları dəyərləndirib:

 

"İrlandiya bizim 0:4 uduzduğumuz komandaya 5, Monteneqroya 3 qol vurdu. Şimali İrlandiya ilə matç istisna olmaqla digər görüşlərdə hesab oyuna görə olmadı. Oyundan-oyuna durumu düzəldirdik. Avropa çempionatına qatılmamışdan əvvəl Belarusda toplanış və iki yoxlama matçı keçirmiş, oyun üslubumuzu formalaşdırmışdıq. Düşünürəm ki, daha yaxşı nəticələr göstərmək üçün beynəlxalq matçların sayını artırmalıyıq. Bu gün potensialımıza görə ən yaxşısını etdiyimizi deyə bilərəm. Xüsusən də sonuncu - Monteneqro ilə oyun, uduzmağımıza baxmayaraq, xoşuma gəldi. Futbolçularımız rəqibə çox qol vəziyyətləri yaratmağa imkan vermədilər".

 

Baş məşqçi komandada ciddi dəyişikliklərin olacağını vurğulayıb:

 

"Əslində Avropa çempionatının seçmə mərhələ oyunlarını apreldə keçirməliydik. Müəyyən səbəblərə görə matçlar bu aya salındı. Növbəti yarış sentyabrda olacaq. Arada böyük fasilə var. Yaşla bağlı heyətin demək olar yarısı dəyişəcək. Komanda yığmaq, futbolçuları oyun üslubumuza öyrəşdirmək lazım olacaq".

 

Qeyd edək ki, Avropa çempionatının II seçmə mərhələsinin B qrupunda yer alan Azərbaycanın U-19 millisi Şimali İrlandiya və Albaniyaya 0:4, Monteneqroya isə 1:2 hesabı ilə məğlub olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Oxşar xəbərlər