"Çox çalışırıq və meydana qələbə qazanmaq üçün çıxacağıq. Yaxşı komandaya qarşı oynayacağıq".
İdman.biz "Index.hr" saytına istinadən xəbər verir ki, bunu Xorvatiyanın "Hayduk" klubunun baş məşqçisi Qonsalo Qarsiya Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə"yə qarşı keçirəcəkləri cavab oyunu (ilk oyun - 1:1) haqda danışarkən deyib.M
Mütəxəssis Splitdə baş tutacaq qarşılaşmada daha çox hücuma üstünlük verəcəklərini vurğulayıb: "Ola bilsin ki, müəyyən dəyişikliklər edək, amma əsas odur ki, hazır olaq və hücum futbolu oynayaq. Təhlükəli, aqressiv və üstün olmaq istəyirik".
Qeyd edək ki, "Hayduk" - "Zirə" matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək.
İdman.biz