top
Hayduk baş məşqçisi: Rəşad Sadıqovun uzun illərdir Zirədə olması planlı işin göstəricisidir Sport24.az
22 iyul 2025, 19:49
- ↺ +

"Hayduk" baş məşqçisi: "Rəşad Sadıqovun uzun illərdir "Zirə"də olması planlı işin göstəricisidir"

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Zirə" - "Hayduk" matçından öncə rəqib komandanın baş məşqçisi Qonzalo Qarsiya Sadıqovun mətbuat konfransı keçirilib. Sport24.az xəbər verir ki, Split klubunun çalışdırıcısı jurnalistlərin suallarını cavablandırıb.

 

"Avrokuboklar başlayır, rəqabət aparmağa hazırıq. "Zirə" də güclü rəqiblərdən biridir. Ölkəni də bəyəndik, sabahkı oyunda yaxşı nəticə istəyirik".

 

- "Zirə"nin baş məşqçisi artıq uzun illərdir ki, komandasına rəhbərlik edir. Siz isə yenisiz "Hayduk"da. Bu, sabahkı matçda rəqib üçün üstünlük ola bilər?

- Əlbəttə ki, bunlar vacib faktlardır. Rəşad Sadıqov 5 ildir ki, "Zirə"nin baş məşqçisidir. Komanda onun istədiyini bilir, formalaşmış kollektivə qarşı oynayacağıq. Biz yeni komandayıq, yeni-yeni formalaşırıq. İdeyaları həyata keçirmək üçün işləyirik. "Zirə"nin uzun müddətdir ki, eyni baş məşqçisi var. Demək ki, klub planlı şəkildə hərəkət edir. 

 

- "Zirə"ni analiz etmisiz. Sizcə, "Hayduk" güclüdür, yoxsa "Zirə"?

- Şanslar bərabərdir. "Zirə"də müsbət məqamlar var, uzun müddətdir ki, birlikdə çıxış edirlər. Bizdə isə cavan və ac oyunçular var.

 

- İvan Rakitiç artıq karyerasını bitirib. Onun futbolçu karyerasını bitirməsi sizin üçün itkidir?

- Əlbəttə ki, Rakitiçin meydanda olması müsbət hal olardı. Top oyunçudan söhbət gedir, uzun illər yüksək səviyyədə çıxış edib. Ümid edirik ki, o yeni rolunda bizə kömək edəcək. Belə oyunçunu itirmək keyfiyyəti aşağı salır.

 

- "Zirə"də xüsusi diqqət yetirdiyiniz oyunçu var?

- Xeyr. Biz fərdlərə baxmırıq. Adətən rəqibə görə hazırlaşırıq. Rəqibdə güclü, təcrübəli oyunçular var. Giorgi Papunaşvili, Junior Martinşin də adını çəkə bilərəm. Keyfiyyətli oyunçulardır. Amma biz rəqibə kollektiv kimi hazırlaşırıq. Öz oyunçularımızın bacarığına fikir veririk.

 

- "Hayduk"a yeni baş məşqçi təyin edilmisiz. Ötən mövsümkü komanda ilə indiki arasında nəyi dəyişmisiz?

- Yaxşı sualdır. Məni kluba dəvət edəndə, istək o idi ki, komanda  hücumameyilli futbol oynasın, topa nəzarət etsin. Bu o demək deyil ki, məndən qabaq bunlar yox idi. Bunları əvvəl də həyata keçirirdilər. 

 

- "Hayduk"un son illərdə avrokuboklardakı əvvəlki çıxışlarına baxanda, uğursuz nəticələri olub. "Qzira Yunayted", "Rujemberok", "Tobol" oyunları var. Bu məqam sizi narahat edir? Favorit göründüyü oyunlarda uduzması, mərhələni keçə bilməməsi?

- Bu, reallıqdır. 15 ildir ki, komanda avrokuboklarda yaxşı çıxış etmir. "Hayduk" böyük klubdur, kifayət qədər azarkeş kütləsi var. Dediyiniz məqamın müəyyən təsiri ola bilər. Amma daha çox oyunçu və baş məşqçiyə təsir etmir, biz hər dəfə sıfırdan başlayırıq, oyuna hazırlaşırıq. Keçmişdə nə baş veribsə, baş verib. Bu gün məşq edib, sabah oynayacağıq.

 

- "Hayduk"da müdafiədə, "Zirə"də isə hücum xəttində itkilər var. Bu, sizin komandaya necə təsir edəcək?

- Əlbəttə ki, bütün heyətin sərəncamında olması daha yaxşıdır. Yaxşı komandalar belə hallarda daha yaxşı çıxış etməlidir. Buna hazır olmalıyıq. Oyunçular fərqli səsəblərdən oynamır. Əlimizdə olan oyunçularla bu məsələləri aradan qaldırmağa çalışacağıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:28

"Bavariya"dan "Arsenal"a

Digər
Bu gün, 22:20

Zaur Həşimov “Kəpəz”ə məğlubiyyət barədə: “Oyuna pis başladıq”

Futbol
Bu gün, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Bu gün, 21:50

“Futbolçuların beyinlərinə girə bilmirəm”

Digər
Bu gün, 21:39

Azərbaycan Atletika Federasiyası Lozanna’dakı Avropa Atletika Konvensiyasında iştirak etdi

Futbol
Bu gün, 21:16

Kurban Berdıyev: "Turan Tovuz" "Neftçi" ilə heç-heçəni itirilən 2 xal kimi qiymətləndirir

Futbol
Bu gün, 21:00

Azərbaycan U-15 millisə FIFA Dünya Çempionatı sahəsində 6-0 hesabı ilə Timor-Leste ilə qələbə qazandı

Futbol
Bu gün, 20:55

İnter Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamaq istəyir

Digər
Bu gün, 20:52

Peşəkar Çövkən Liqasında çempionluq sona bir tur qaldı

Futbol
Bu gün, 20:45

Canni İnfantino: U‑15 dünya çempionatı və festivalı istedadlı futbolçulara şans yaratmağın vacibliyini vurğuladı

Futbol
Bu gün, 20:45

Unai Emery: Manchester City üzərində qələbə 'fantastik gün' yaratdı

Digər
Bu gün, 20:25

Kür həndbol komandası Avropa Kubokunda Bosniya klubuna məğlub oldu

Digər
Bu gün, 20:21

“Kür” komandasının məşqçi köməkçisinin açıqlamaları: gənc heyət, çətin hazırlıq və yeni federasiyanın yaradılmasını gözləyirik

Futbol
Bu gün, 20:18

A seriyası: “Komo” Roma ilə xal bərabərliyi əldə etdi, “Bologna” Sardiniyada qalib gəldi

Futbol
Bu gün, 20:12

Bakıda 15 yaşadək futbolçular arasında tarixi FIFA turniri başladı

Futbol
Bu gün, 20:06

Samir Şərifov: FIFA-nın Azərbaycan U-15 Dünya Çempionatına etimadını yüksək qiymətləndiririk

Futbol
Bu gün, 20:00

Enzo Alves 17 yaşında Real Madrid əsas heyətində yer alacaq

Futbol
Bu gün, 19:55

Bakıda U-15 Çempionatı: 17 Qol 40 dəqiqədə

Digər
Bu gün, 19:48

“Kür”ün baş məşqçisi: “Mövsümün sonuna qədər fəaliyyətimizi davam etdirəcəyik, sonrasının necə olacağı isə məlum deyil” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:44

Azər Məmmədov: “Köhnə, iddialı ‘Kəpəz’i qaytara bilərik”

Digər
Bu gün, 19:40

Bundesliqa: “Leypsiq”dən darmadağın, Füllkruqdan “Verder”ə qələbə - YENİLƏNİR

Digər
Bu gün, 19:26

Millimizin üzvü üçün 90 dəqiqə

Digər
Bu gün, 19:20

“Kür”ün kapitanı: “Bugünkü məğlubiyyət bizim üçün qələbə kimidir” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:16

Azər Məmmədov: “Kəpəz” hər il dağılır, sonra yenidən yığılır”

Oxşar xəbərlər