top
Hasan Şaşdan Qalatasaraya sərt tənqidlər: Plansızlıq, Sinqo sualı və azarkeşlərlə bağlı çağırış Idman.biz
18 yanvar 2026, 14:35
- ↺ +

Hasan Şaşdan "Qalatasaray"a sərt tənqidlər: Plansızlıq, Sinqo sualı və azarkeşlərlə bağlı çağırış

Türkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu və keçmiş baş məşqçi köməkçisi Hasan Şaş "Qaziantep" ilə 1:1 hesabı ilə başa çatan oyun barədə kəskin açıqlamalar verib.

İdman.Biz xəbər verir ki, Hasan Şaş qarşılaşmanı "SporON" platformasında dəyərləndirib. O, Qalatasarayda ciddi plansızlıq və xaosun hökm sürdüyünü bildirib.

Hasan Şaşın sözlərinə görə, mövcud şəraitdə heç-heçə nəticə ilə barışmaq olar. Onun fikrincə, daha əvvəl "Atletiko Madrid"lə oyunun transfer siyasətinə ciddi təsir göstərəcəyi müzakirə edilsə də, hazırkı durumda əsas problem start heyətin formalaşdırılmasında yaşanan çətinliklərdir. Şaş vurğulayıb ki, əgər əsas heyətdə məcburi və süni dəyişikliklər edilirsə, bu, böyük plansızlığın göstəricisidir.

Sabiq futbolçu Vilfrid Sinqonun durumuna da xüsusi toxunub. Hasan Şaş bildirib ki, "Qalatasaray" azarkeşləri hazırda futbolçunun niyə oynamadığını anlaya bilmir. Onun sözlərinə görə, Sinqo son oyununu noyabrın 5-də keçirib və yanvarın 17-si olmasına baxmayaraq hələ də meydanda görünmür. Şaş bu vəziyyətin səbəbinin izah olunmadığını qeyd edərək, futbolçunun niyə heyətdə olmadığını açıq sual kimi gündəmə gətirib.

Digər tərəfdən, Hasan Şaş Viktor Osimhenin qayıdışından sonra Mauro İkardinin ehtiyatda qalacağını iddia edib.

Şaş "Qaziantep" ilə matçda stadiona gələn azarkeşlərə də reaksiya verib:

"Stadiona gələn azarkeşlər bir də oyuna gəlməsin. Belə azarkeşlik olmaz. Stadiona gəlib şəkil çəkməklə azarkeş olmur. Mən sizə bir böyük qardaşınız kimi deyirəm, artıq tək hədəf qarşıdakı oyundur, evdə oynanacaq "Fənərbağça" matçı. Uduzsanız, bu mövsüm bayraqları yığışdırın".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Futbol
Dünən, 22:31

Mövlən Paşayev “Şamaxı” Futbol Klubunun Strateji Müşaviri Təyin Olundu

Futbol
Dünən, 22:24

Hans-Diter Flikin El-Klasikoda Havi Espartı əsas heyətdə çəkdiyi gözləntisi

Futbol
Dünən, 22:20

Sabah Arena’da Masazır tribunası yaradılacaq

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Digər
Dünən, 22:02

"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb;

Digər
Dünən, 21:56

“Sabah”da yeni transfer

Digər
Dünən, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Dünən, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Oxşar xəbərlər