top
Hasan Şaş Qalatasarayın Fənərbağçaya məğlubiyyətini sərt tənqid etdi: Okan və futbolçular qəbul etməlidir Idman.biz
11 yanvar 2026, 16:45
- ↺ +

Hasan Şaş "Qalatasaray"ın "Fənərbağça"ya məğlubiyyətini sərt tənqid etdi: "Okan və futbolçular qəbul etməlidir"

Türkiyənin "Qalatasaray" komandasının sabiq oyunçusu, indi idman şərhçisi olan Hasan Şaş Superkubokun finalında keçmiş komandasının "Fənərbağça"ya 0:2 hesabı ilə uduzmasını sərt şəkildə tənqid edib.

İdman.Biz xəbər verir ki, SporON kanalında danışan Şaş "Qalatasaray"ın oyuna yaxşı hazırlaşmadığını və konsentrasiya problemi yaşadığını bildirib. Onun sözlərinə görə, komanda matça həm fiziki, həm də psixoloji baxımdan hazır olmayıb.

"İkardinin qarşılamalı olduğu künc zərbəsi ancaq belə olar. O qolla matç bitdi. "Qalatasaray" pis oynadı. Düşünürəm ki, baş məşqçi Okan, həm də futbolçular bunu qəbul edəcək", - deyə Şaş bildirib.

Şərhçi qapıçı seçimini də tənqid edib:

"Əgər qapıda Uğurcan Çakır olsaydı, ssenari fərqli ola bilərdi. "Qalatasaray" final oynayır, "Fənərbağça" ilə oynayır. Komandanın ən bahalı oyunçularından biri oynamır. Genduzinin vurduğu zərbə adi bir liberonun oradan vuracağı zərbədir. Uğurcan Çakır o topu çıxara bilərdi. "Fənərbağça" ilə oynayırsansa, qapıda Uğurcan olacaq, vəssalam".

Şaş əlavə edib ki, problemin kökü daha dərindir:

"Mən hər şeyi qapıçıya və ya fərdi səhvlərə bağlamaq istəmirəm. Bu, "Kocaelispor" matçından bəri gələn bir məsələdir. Oyunda konsentrasiya olmadıqları açıq görünür. Bu da matça yaxşı hazırlaşmamaqdan irəli gəlir".

Hasan Şaş sonda vurğulayıb ki, "Qalatasaray" reallıqla üzləşməlidir:

"Bu nə Osimhen məsələsidir, nə də Sinqo. "Qalatasaray" gerçəklərlə üzləşməlidir. "Monako" və "Yunion" oyunlarından bir xal alsaydın, "Atletiko Madrid" matçını belə müzakirə etməzdik. Finala çıxırsansa, 100 faiz konsentrasiya ilə çıxmalısan. Rəqib səndən 300 faiz daha çox köklənirsə, problem var. Futbolçular matç seçir, stadion seçir, öz komfort zonalarına görə oynamaq istəyirlər. Bu belə olmaz. Qarşıda "Atletiko Madrid" oyunu var və ondan sonra da çox ciddi matçlar olacaq. Biləcəksən ki, "Fənərbağça" səndən daha çox qaçacaq və ona görə oynayacaqsan".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər