"Bavariya"nın hücumçusu Harri Keyn Bundesliqada yeni rekorda imza atıb. Sport24.az xəbər verir ki, 31 yaşlı forvard buna XI turda "Auqsburq"a qalib gəldikləri (3:0) matçda nail olub.
Qarşılaşmada het-trik edən ingiltərəli forvard Bundesliqadakı qollarının sayını 50-yə çatdırıb. O, 43-cü matçında bunu bacarıb.
Qeyd edək ki, əvvəlki rekord Dortmund "Borussiya"sının sabiq futbolçusu Erlinq Holanna məxsus idi. Norveçli oyunçu 50 qola 50-ci matçda çatmışdı.