İngiltərə yığmasının hücumçusu Harri Keyn ötən gün DÇ-2026-nın seçmə mərhələsinin oyununda Latviyanın qapısından 2 top keçirməklə Avropa millilərində ən çox qol vuran beş futbolçu arasına daxil olub.
"Report" xəbər verir ki, o, millinin heyətində 110 matçda 76 qola çataraq Macarıstan yığmasında 68 oyunda 75 qol vuran Şandor Koçsisi qabaqlayıb.
Keyndən daha çox qol vuran futbolçular isə Ferens Puşkaş (84 qol), Robert Levandovski (87), Romelu Lukaku (89) və siyahıya başçılıq edən Kriştianu Ronaldudur (143 qol).